Fikrət Məmmədov Əli İnsanova "yox" dedi

img

11-08-2023 [13:59]


Ədliyyə Nazirliyi daha bir siyasi partiyanın qeydiyyatından imtina edib.

Məlumata görə, bu, sabiq səhiyyə naziri, keçmiş siyasi məhbus Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasıdır.

Məlumatda bildirilir ki, nazirlik partiyanın təqdim etdiyi üzv siyahısında təqdim olunan şəxslərin əksəriyyətini saxta hesab edib.

Ancaq maraqlıdır ki, partiya bu barədə xəbəri gizli saxlayır.

HƏP rəsmiləri bu barədə suallara cavab verməyiblər.

Qeyd edək ki, radikal müxalifət partiyası kimi təsis olunan Haqq və Ədalət Partiyası sonradan mövcud hakimiyyətin siyasi kursunu dəstəkləyib(Gununsesi).

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA