"Niyə yalan danışırsan?" - "Tərtər işi" üzrə ifadə verən hərbçilər bir-birlərini ittiham edirlər (Məhkəmə prosesi)
09-08-2023 [12:19]
Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə “Tərtər işi” üzrə daha bir qrupun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Müttəhimlər kürsüsünə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, o dövrdə müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərov çıxarılıblar.
İş üzrə 185 nəfər hərbçi zərərçəkən qismində tanınıb.
Hakim Zeynal Ağayev prosesdə iş üzrə zərərçəkmiş Babək Baxşəliyevin hüquqi varisi, qardaşı Bəhruz Baxşəliyevin Məhkəmə Hüquq Şurasına, Ali Məhkəmə sədrinə ünvanaladığı məktubu elan edib.
Məktubunda Bəhruz Baxşəliyev məhkəmənin qeyri-obyektiv aparıldığını, əsas günahkarlar– general Hikmət Həsənov, köməkçisi Fuad Ağayev, hərbi hissə komandıri polkovnik Teymur Məmmədovun, Qiyas Abbasov və digərilərinin dəfələrlə vəsatət qaldırmalarına baxmayaraq, istintaqa cəlb edilmədiklərini qeyd edib. Bildirib ki, belə bir vəziyyətdə məhkəmədə iştirak etməyi mənasız sayır. Qeyd edir ki, əsas cinayətkar olan bu şəxslərin istintaqa, məhkəməyə cəlb edilcəyi halda prosesə qatılacaq. Hazırkı halda məhkəmədə iştirak etməkdən imtina edir. Məktub elan ediləndən sonra Bakıda, Biləcəri qəsəbəsində yerləşən hərbi polis şöbəsinin rəisi Bəhruz Musayev şahid qismində ifadə verdi.
Bildirdi ki, 2017-ci ilin aprelində Baş Prokurorluqdan və Müdafiə Nazirliyindən ona ümumi rəhbərlik etdiyi haupvaxtaya hərbçilərin gətiriləcəyini bildiriblər və yer hazırlamasını tapşırıblar. O da tapşırığa uyğun yerlər hazırlatdırıb. Şahid deyib ki, o zaman Tərtərdə hadisələr olmasını eşidib. İlk olaraq haupvaxtaya 15 nəfər gətirilib:
-Şəxsi heyəti yığıb dedim ki, gətirilənlərdən kimsəni söyməyin, döyməyin. Gündə 3 dəfə yemək verilirdi. Orada bir neçə hərbçinin əlində, üzündə xəsatərlər vardı. Tibb işçilərinə tapşırmışdım ki, onların sarğısını vaxtında dəyişsinlər.
Hakim:
-Elə danışırsız ki, guya ora istirahət mərkəzidir.
Dövlət ittihamçısı Orxan Səfərov:
-Zərərçəkən Vasif Ağayev ifadəsində dedi ki, haupvaxtda ona günlərlə su verilməyib. Siz də gündə 3 dəfə yemək verldiyini deyirsiz.
Şahid:
-Mən haupvaxta rəisi deyiləm. Haupvaxt rəisinə göstəriş vermişdim ki, yemək versinlər.
Zərərçəkmiş Fərzəli Cahangirov məhkəmədən söz istədi:
-Bu adam məhkəmədə yalan danışır. Bizi 10 gün saxlaya bilərdilər orda. 10 gün də əlavə olaraq qanunsuz saxlayıblar. Həmin 20 gün ərzində bizim əl-qolumuz, gözümüz bağlı vəziyyətdə olub. Bizi it günündə saxlayırdılar. “Tapçan”ları (yataq yeri) açmırdılar, bizi ayaq yoluna belə aparmırdılar. Orada 5 nəfərə pampers bağlamışdılar. Həmin 20 gündə cəmi 1 dəfə bizi yuyunmağa aparıblar. Onda da əynimizdən paltar ola-ola başımıza buz kimi soyuq suyu töküb geri qaytarıblar.
Hakim:
-Sizin hərbçiləri haupvaxtda 10 gündən artıq saxlamaq səlahiyyətiniz vardı?
-Müəyyən hallarda vardı. Məsələn haupvaxtda daxili qaydaları pozanda.
Zərərçəkən Boris Cəfərov da şahidi yalan danışmaqda ittiham etdi:
-Mən 10 gün sarğılı vəziyyətdə Biləcəridə haupvaxtda olmuşam. Tualeti bağlamışdılar, “tapçan”ları da açmırdılar. Məcbur yerdə betonun üstündə yatırdıq. Əlim, gözlərim bağlı idi. Qanım da aşağı düşmüşdü deyə soyuqdan dayana bilmirdim. Oradakı MAXE-lərdən buşlat istəyirdim, vermirdilər. Bu da yalandan deyir ki, guya orada yaxşı şərait olub”.
Zərərçəkən Vasif Cəfərov da şahidi yalan danışmaqda ittiham etdi:
-Xəyyam bizə daş kimi qara çörək verdirirdi. Yeməyəndə də başımıza dubinka ilə vururdular. Məni niyə bu günə qoymusuz? Niyə burada gəlib yalan danışırsan? Orada bizə su belə vermirdiz. Gündə 3 dəfə yeməkdən danışırsan.
Təqsirləndirilən Vüsal Ələsgərov söz istədi:
-Mənə Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə ittiham verilib, əslində isə həmin maddə ilə Hərbi Prokurorluğun, Baş Prokurorluğun rəsmilərini cəlb etmək lazım idi. Mən kim idim ki, bu adamları qanunsuz saxlayım? Siyahılar gəlirdi ki, filan hərbiçiləri göndərin, mən də göndərirdim. Mən verilən əmrləri icra etmişəm.
Növbəti şahid Nəcəf Xudiyev oldu. Sərbəst ifadəsində bildirdi ki, verilən göstəriş əsasında 5-10 hərbçidən izahat alıb. Həmin izahatları da qərargahda Eldəniz İsmayılova təhvil verib. İzahatlarda hərbçilərdən alanda onlara düşmənlə əməkdaşlıq edib-etməmələri ilə bağlı sual verib. İzahat aldığı hərbçilər düşmənlə əməkdaşlıq etmədiklərini bildiriblər.
Vüsal Ələsgərov da şahidə özünün qanunsuz əmr verib-verməməsi ilə bağlı sual ünvanlayıb. Şahid onun belə bir əmr vermədiyini deyib.
Şahid İldırım Ramazanov 1-ci Ordu korpusunun mənzil istismar sahəsinin rəisi olub. O, məhkəmədəki sərbəst ifadəsində bildirdi ki, ona Şıxarx qəsəbəsində yerləşən köhnə briqada binasını açmaq göstərişi verilib. Ora qonaqların gələcəyini bildiriblər. Oranı açdıqdan sonra su və elektrik xətlərini təmir ediblər. Şahid bildirib ki, oradakı binada hərbçilərə işgəncə verildiyini səslərdən bilib. Həmin binanın həyətində Hikmət Həsənovu, Babək Səmidlini, Fuad Ağayevi, Teymur Məmmədovu görüb.
Şahid bildirib ki, binada hərbçilərin saxlanıldığı otaqlarda pəncərələr olmayıb. Ona görə də pəncərələrə “klyonka” çəkib, əsgər “krovat”ları qoydurub. O zaman Babək Səmidli ona mane olmaq istəyib: “Dedi ki, bunlar vətən xainləridir, pəncərələrə “klyonka” vurma”. Lakin mühafizədən ona dedilər ki, bu işlərə qarışmasın. Orada şəxsi heyətə cəza verilidi. Bir-iki nəfər tanıdığım MAXE-lər vardı, onlara da işgəncə vermişdilər. Başlarına o qədər vurmuşdular ki, tükləri tökülmüşdü. Bədənləri də həddindən artıq şişmişdi”.
Şahid bildirib ki, orada hərbçilərdən biri özünü pəncərədən atandan sonra pəncərələrə dəmir məhəccərlər vurulub. Şahid İlyas Hüseynov ifadə verəndən sonra söz digər şahid Mətləb Şirinova verilib. O, bildirib ki, hərbi hissə komandiri Teymur Məmmədovun tapşırığına əsasən Şıxarxdakı köhnə briqada binasını mühafizə ediblər. Şahid iddia edib ki, orada kimsəyə işgəncə verilməsini görməyib.
Dövlət ittihamçısı vəzifəlilərdən ərazidə kimləri gördüyünü sual edib. Şahid deyib ki, Hikmət Həsənov, Cəfər Seyidov, prokurorluğun rəhbərliyi orada olub.
Şahid orada 1 nəfərin özünü pəncərədən ataraq öldürdüyünü eşitdiyini bildirib.
Qeyd edib ki, mühafizə etdikləri əraziyə 3 nəfər yaxınlaşıb. O, həmin şəxslərə geri qayıtmalarını tapşırıb. Onlardan ikisi geri qayıtsa da, Bəhruz Novruzov geri qayıtmayıb, deyib ki, içəri girib oradakıların üzünə tüpürmək istəyir. Onun israrından sonra onu içəri aparıblar, özünə də işgəncə veriblər.
Təqirləndirilən Vüsal Ələsgərov şahidə sual verdi:
-Gəlib-gedənlər barəsində kimə məlumat verirdiz?
-Hərbi hissə komandirinə. O, icazə verirdisə, içəri buraxırdıq.
-Teymur Məmmədov burada ifadə verdi və dedi ki, məndən belə bir icazə alınmayıb. Siz Teymur Məmmədova şər atırsız!
-Mən ona demişəm.
“N” saylı hərbi hissənin kəşfiyyat rəisi Anar Ramazanov bildirib ki, Hikmət Həsənovun köməkçisi Fuad Ağayevin göstərişinə əsasən şəxsi heyətdən mühafizə altında qərargaha göndərib.
Hakim şahiddən soruşub ki, o, kiməsə işgəncə verib? Şahid isə belə bir halın olmadığını bildirib. Hakim zərərçəkən Nemət Məhərrəmovun məhkəmədə ona işgəncə verən şəxs kimi Anar Ramazanovun adını çəkdiyini deyib:
-Nemət Məhərrəmov dedi ki, onu suda boğublar. Sudan çıxarılandan sonra gözünü açanda görüb ki, ona işgəncə verənlər arasında sən də varsan.
Zərərçəkən Boris Cəfərov da bildirib ki, Anar Ramazanov onu qərargaha göndərəndə şəxsi əşyaların alıb və bu günə qədər də qaytarmayıb. Anar Ramazanov belə bir halı xatırlamadığını bildirib.
Məhkəmədə şahid qismində ifadə verən tabor komandiri, mayor Daşqın Süleymanov bildirib ki, aprelin 30-da Turan İbrahimovun itkin düşməsi barədə məlumat alıb və onun axtarışlarına başlayıb. Onu tapandan sonra köhnə qərargaha aparıblar. Orada nə baş verdiyindın sonradan xəbər tutub. Bilib ki, ora aparılan şəxsi heyətə işgəncə verilir.
İşgəncələr zamanı həyatını itirən mərhum Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, onun oğlunu da Daşqın Süleymanov aparıb:
-Anar Allahverdiyevlə bizə gəliblər. Daşqın bizə dedi ki, qurbanlıq quzu axtarırlar. Niyə yalan deyirdin?
-Teymur Məmmədov göstəriş vermişdi ki. Elçin Quliyevi gətirin. Mən də onu sizə deməmək üçün belə bir söz dedim.
-Bəs işgəncədən 1 həftə zorla su maşınını niyə oğluma verirdin?
-O normal hərbi qulluqçu idi. Ona görə də ona verirdim ki, maşını dağıtmayacaq.
-Axı oğlum heç o çörək maşınına xərclədiyi 3 min manat borcu verib qurtarmamışdı. Niyə apardın mənim oğlumu?
-Mənə tapşırıq verilmişdi.
-O siyahıları kim tərtəib edirdi?
-Bilmirəm.
-Hikmət Həsənov mənim oğlumu haradan tanıyırdı ki, adını da siyahıya sala?
-Bilmirəm.
-Ən ağır işgəncə sizin rəhbəri olduğunuz taborun şəxsi heyətinə verilib. Niyə buna etiraz etmirdiz?
-Bizə qulaq asan vardı?
2017-i ildə işgəncələrlə öldürülən zabit Təmkin Nizami oğlunun atası Nizami Quliyev də şahidə bir neçə sual verib. Soruşub ki, onun komandiri olduğu tabordan 100-ə yaxın hərbçi işgəncələrə məruz qaldığı halda, onlardan 4 nəfəri işgəncələrlə öldürüldükləri zaman o niyə susub? Deməyib ki, onun taborundan erməniyə işləyənlər yoxdur?
Şahid bildirib ki, onun özünü də o zaman aparmaq istəyiblər. Son anda hərbi hissə komandiri Teymur Məmmədov onu aparmağa gələnlərə geri qayıtmaları göstərişini verib.
Şahidlər Tamerlan Bəşirli və İlham Hüseynov ifadə verəndən sonra proses növbəti həftəyə qədər təxirə salınıb.
Toplum TV
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qərarı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib