Aparıcı Elgiz: "Belə qadınların Allah bəlasını versin"

img

07-08-2023 [17:43]


“Bir məclisə getmişdim, bütün qadınlar başıma yığışıb ki, orada olanlar doğrudur? And içirəm ki, hə… Boş-boş şeylərə görə, əri qovmayın. İndi yaxşı ər tapmaq çətindir”.

Bu sözləri aparıcı Elgiz Əkbər proqramında deyib.

Qadınlara məsləhət verən Elgiz onların adi şeylər üstündə boşanmasını tənqid edib:

“Ərlərinizin qədrini, dəyərini bilin. Qadınlar var ki, kişiləri tələyə salırlar. Bir damcı pulu oldu, bitdi… Belə qadınların Allah bəlasını versin. Kişini ələ keçirən kimi, başlayıb ailəsinə xəbər verirlər. Hiyləgər qadınların qarşısında diz çökməyin. Elə hərəkət edin ki, kişi ona tüpürsün.

Amma pis vərdişi varsa, adam deyilsə, ömrünüzü onunla çürütməyin. Bir-iki dəfə şans verin, gördünüz düzəlmir, ayrılın. Həyat insana bir dəfə verilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA