Sübhan Talıblı: "Beynəlxalq təşkilatlar erməni cinayətkarını dəstəkləməklə beynəlxalq hüququ pozur"
06-08-2023 [15:06]
Məlum olduğu kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsilə Ermənistana qaçmaq istəyən Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş Vaqif Xaçatryan Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Həftə içi”nə Ermənistanın Azərbaycanda törətdiyi cinayətlərə faktlar, təhlillər və statistik rəqəmlərlə diqqət çəkib:
– Təcavüzkar Ermənistanın silahlı qüvvələri, hərbi birləşmələri və onları xaricdən dəstəkləyən qüvvələr tərəfindən Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd (20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana məxsus “Mİ-8” markalı hərbi helikopterin vurulması), Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Başgüneypəyə, Qaradağlı, Başlıbel kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi.
Azərbaycan Respublikası Baş Prokrorluğunun məlumatına əsasən, Ermənistanın silahlı qüvvələri və hərbi birləşmələri tərəfindən 1988-1994-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1 105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.
Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kəndində 23 dekabr 1991-ci ildə törədilən Meşəli soyqırımında 25 nəfər öldürülüb, 14 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 41 yaşayış evi və digər tikili yandırılıb, 358 kənd sakini daimi yaşayış yerini tərk etməyə məcbur olub. Xocalı rayonunun Meşəli kəndinin 430 sakini Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıb. Qətliam nəticəsində Meşəli kəndinə 5,496,900 manat məbləğində maddi ziyan dəymişdir.
Meşəli faciəsi Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Hadisələri törətmiş 9 silahlı şəxs barəsində təqsirləndirilən qisimdə cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.
Tarixçi Sübhan Talıblı Xaçatryanın cinayət və terror əməllərinə gəldikdə isə bildirib ki, onun Birinci Qarabağ müharibəsindəki cinayətlərini əks etdirən çoxlu sayda fotofakt, yazılar, əsirlərin müsahibələri, V.Xaçatryanın cinayət əməlləri ilə bağlı şahidlərin, zərərçəkənlərin verdikləri ifadələr onun azərbaycanlılara qarşı qeyri-insani davranışını, vəhşi və qorxunc cinayətlərinin sübutu haqqında əsaslı, qanuni və faktlara söykənən məlumatlar mövcuddur: “Vaqif Xaçatryanın 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində 25 azərbaycanlının öldürülməsində, 14-nün yaralanmasında, 358-nin didərgin salınmasında iştirakçı olduğu qeyd edilir.
Bu səbəbdən, V.Xaçatryanın törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə, milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın da pozulması ilə cinayət işi açılıb”.
S.Talıblı bildirir ki, Meşəli soyqırımı ilə bağlı sübutlar şahidlərin və əsirlərin müsahibələrindən, ayrı-ayrı məqalələrdən məlum olur. Meşəlidə baş verən hadisələr zamanı kəndin müdafiəsində iştirak etmiş keçmiş polis əməkdaşı, kənd sakini Ziyəddin Salmanov deyir ki, gözü önündə ermənilər əliyalın kənd sakinlərinə aman vermədən qətlə yetiriblər.
Şahid: “Mənim o vaxt polis iş yoldaşlarım Allahverdi və İsmayılı da vəhşicəsinə qətlə yetirmişdilər. Bu işlərin başında duranlardan biri də Vaqif Xaçatryan idi. Qohumlarını başına yığıb silahlı dəstə yaratmışdı. Mən polis nəfəri kimi özünümüdafiə dəstəsində döyüşlərdə iştirak etmişəm. Yadımdadır ki, səsucaldıcı mikrofonla Xaçatryan Azərbaycan dilində “Kəndi mühasirəyə almışıq, təslim olun”, – deyə qışqırırdı. Qənimət dayı var idi, onun başına, təxminən, avtomatın bir daraq gülləsini boşaltmışdılar. Bir dəfə Badara kəndində Xaçatryan bizi “Niva” markalı avtomobilində yandırmaq istəyirdi...”.
Xocalı rayonunun Meşəli kəndində ermənilər təkcə Novruzovlar ailəsinin 5 üzvünü işgəncə verərək öldürüb. Novruz Novruzov, onun həyat yoldaşı Adilə Novruzova və bir oğul, iki qız övladı bir gecədə məhv edilib. Ailənin böyük övladı Zəminə Əliyeva həmin dəhşətli hadisə zamanı qardaşının, digər ailə üzvlərinin başına gətirilənlərdən danışaraq deyir: “Ermənilər ailə üzvlərimi öldürəndən sonra, meyitlərə işgəncə verib yandırmışdılar. Bacımın birini ürəyindən vursalar da, ayağında 78 güllə yeri var idi. Hamısına işgəncə vermişdilər. Evimizi, zəhmətlə qurduğumuz təsərrüfatımızı tamamilə yandırmışdlar. Mən də təsadüfən sağ qalmışam. Onların məqsədi hamını qətlə yetirmək idi.
S.Talıblı hesab edir ki, beynəlxalq təşkilatlar erməni cinayətkarını dəstəkləməklə beynəlxalq hüququ pozur: “Təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyi, silahlı qüvvələri və qanunsuz hərbi birləşmələri tarixi Azərbaycan torpaqlarında türk milli-mənəvi dəyərlərinə, tarixi abidələrə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş, xüsusilə də beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyası (11 Qətnamadən ibarət 1949-cu il tarixli Cenevrə Diplomatik Konfransının qətnamələri, 13 maddədən ibarət Tibbi Yardım və Təhlükəsizlik Zonaları və Əraziləri Haqqında Saziş Layihəsi (I Əlavə), 8 maddədən ibarət Kollektiv Yardıma aid Qaydalar layihəsi (II Əlavə), 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyaları və onlara əlavə protokollar (I Əlavə. Əlavə tibbi yardım zonaları və yerləri haqqında Saziş layihsəsi) və1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar, Hərbi əsirlər ilə rəftara dair 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası (I Əlavə. Yaralı və Xəstə hərbi əsirlərin birbaşa Vətənə qaytarılması və neytral ölkələrdə yerləşdirilməsi haqqında nümunəvi Saziş (110-cu maddəyə bax), II Əlavə. Qarışıq tibbi komissiyalar haqqında Əsasnamə (112-ci maddə bax), III Əlavə. Kollektiv yardıma aid qaydalar (73-cü maddəyə bax), 14 may 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” Konvensiya və əlavə protokolar, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsi və s. Sənədlər qəbul edilib ki, onun tələblərinə zidd hərəkətlər ediblər.
Rəsmi məlumatlara əsasən, Ermənistan Azərbaycana hərbi təcavüzü nəticəsində 1988-1994-cü illərdə 3 890 nəfər itkin düşüb ki, onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1 480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub. 17 fevral 2021-ci il tarixdə Şuşa rayonunun Daşaltı kənd ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar olunmuş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qərarı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib