Dmitri Potapov öldürüldü

img

06-08-2023 [10:00]


Avqustun 6-da saat 06 radələrində paytaxtın Xətai rayonunun Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Dmitri Potapovun kəsilmiş-deşilmiş yara alması və həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az Xətai rayon prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı hadisənin 1993-cü il təvəllüdlü Ülvi Muradzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanaraq istintaq aparılır. Ülvi Muradzadə iş üzrə şübhəli şəxs qismində tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA