Milli Məclisdə 3 deputatla təmsil olunan partiyaya qapı göstərildi - Daha bir partiya qeydiyyata alınmadı
04-08-2023 [11:55]
Ədliyyə Nazirliyi Milli Məclisin deputatı Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının sənədlərini geri qaytarıb.
Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya partiyanın İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.
O bildirib ki, Ədliyyə Nazirliyi bir ay ərzində müvafiq yoxlamalar aparıb və onların cavabına görə təqdim edilmiş siyahıda 9246 nəfərdən yalnız 255 nəfərin VHP üzvü oldmadığı təsdiq edilib:
"Həmçinin 1954 şəxsin məlumatlarının (ad, soyad, ata adı, təvəllüdü) düzgün göstərilmədiyi bildirilib. Rəsmi cavabda həmçinin müəyyən qrup partiya üzvlərinin eyni telefon nömrələrindən ( mobil və ev) istifadə etdikləri qeyd olunub. Məsələ ondadır ki, kənd rayonlarında təşkilatın özəklərində bir neçə şəxs eyni ailənin üzvü olduqlarından eyni telefon nömrəsindən istifadə edirlər. "Siyasi Partiyalar haqqında” qanunda hər bir partiya üzvünün fərdi nömrəsinin göstərilməsi tələbi qoyulmayıb. Bütün bu və digər qüsurlar göstərilməklə Ədliyyə Nazirliyinin məktubuna əsasən 5000 nəfərə yaxın şəxsin VHP üzvü kimi reystrdə təsdiqləndiyi ortaya çıxır”.
Samir Əsədli qeyd edib ki, aparılmış araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir: "Göstərilən qüsurları da nəzərə alaraq VHP üzvlərinin reyestr siyahısının daha da dəqiqləşdirib yaxın günlərdə yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.
Mia.az xəbər verir ki, VHP Milli Məclisdə 3 deputatla - Sabir Rüstəmxanlı, Rəfael Hüseynov və Fəzail İbrahimli ilə təmsil olunur.
Fəzail İbrahimli hətta müxalifət təmsilçisi kimi vitse-spiker postuna gətirilib.
Ancaq bu faktor da VHP-yə "şans yaratmayıb".
Tahir
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"