Paşinyan: “Azərbaycanla davamlı sülhün yaranması üçün imkan var”

img

03-08-2023 [11:54]


“Azərbaycanla uzunmüddətli, sabit və davamlı sülhün yaranması üçün imkan var”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O, sülhlə bağlı razılaşmalara sadiq olduğunu deyib: “Mən Ermənistanın Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülhün bərqərar olmasına dair razılığa sadiqliyini vurğulamaq istəyirəm”.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA