Kılıçdaroğlu: "Ölkədə pensiyaçıların 80 faizi aclıq sərhədində yaşayır"

img

03-08-2023 [10:23]


CHP sədri Kamal Kılıçdaroğlu  Ankarada Pernsiyaçılar Dərnəyininn  üzvləri ilə görüşüb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Kamal Kılıçdaroğlunu dərnəyin sədri Satmış Çalışkan və heyəti ilə görüşdə köməkçiləri Həsən Efe Uyar, Aysu Bankoğlu, Aylin Yaman və CHP-nin Ankara təşkilatının sədri Ali Hikmət Ağıl müşayiət edib. 

Kılıçdaroğlu görüşd bildirib ki, hər zaman təqaüdçülərin, pensiyaçıların səsini ucadan səsləndirib.

Pensiyaçılara verilən birdəfəlik ödənişlər üçün uzun müddət mübarizə apardığını və nəhayət, hökuməti buna məcbur etdiyini xatırladan Kılıçdaroğlu daha sonra cibindən 200 lirə çıxarıb: "Əvvəl, daha dəqiqi, 5 il əvvəl bu pula çox şey almaq olurdu, indi ancaq 20 simit almaq olar. Bunlar bu 200 lirəni də sizə verməyə çox görür".

CHP sədri deyib k, ölkədə pensiyaçıların 80 faizi aclıq sərhədində yaşayır.

Samir Musayev

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR