Əfqanıstanlı tacik sevgilisinin 5 barmağını qəssab bıçağı ilə birdəfəyə kəsdi - Türkiyədə (FOTO)

img

03-08-2023 [08:57]


Türkiyədə Biləcikdə əcnəbi vətəndaş mübahisə etdiyi sevgilisinin 5 barmağını qəssab bıçağı (satır) ilə kəsib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünən Biləcikin Ərtoğrulqazi məhəlləsində eyni evdə yaşayan Əfqanıstan əsilli 26 yaşlı Naimi N. ilə Tacikistan əslli 30 yaşlı Fəridə R. arasında mübahisə yaşanıb.

Məlumata görə, bu zaman Nəimi qadının əlini stola zorla qoyaraq 5 barmağını satırla birdən kəsib. 

Qadının fəryadından sonra qonşular polisə xəbər verib, əfqan isə hadisə yerində olan atası ilə birgə qaçıb.

Qadın Biləcik Xəstəxanasına aparılıb, onun əfqan sevgilisi isə bir saat ərzində saxlanılıb.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR