Gəncədə avtomat silahlı şəxs saxlanılıb - FOTO

img

02-08-2023 [10:19]


Gəncədə qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.

Mia.az DİN Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Fərahim Verdiyev saxlanılıb.

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Göygöl rayonunda yerləşən fərdi yaşayış evinə baxış keçirilib və oradan 1 ədəd “AK-72” tipli avtomat, həmin avtomata aid 2 ədəd sandıqca, həmin silahın 2 ədəd ehtiyat hissəsi və 135 ədəd patron aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA