Etibar Məmmədovun köməkçisi: "Bu, kimlərinsə uğursuz təxribatdır" - "Budəfəki şayiə alçaq və şərəfsizlikdir"

img

01-08-2023 [22:06]


"AMİP lideri Etibar Məmmədovun güya insult keçirməsi barədə dezinformasiyanın yayılması məqsədli şəkildə edilib və bu kimlərinsə uğursuz təxribatdır".

Bu sözləri Mia.az-a Etibar Məmmədovun köməkçisi Əli Orucov deyib.

O, təəssüflə bildirib ki, bu dezinformasiya və şaiyəni araşdırmadan, yaxud dəqiqləşdirmədən tırajlayanlar olub: "Onlar ucuz sensasiya arxasınca gedib, cəmiyyətdə yanlış məlumatların yayılmasında təxribatçılara kömək ediblər. Etibar Məmmədovun köməkçisi kimi, bir daha bəyan edirəm ki, Etibar bəyin sağlıq durumu yüksək səviyyədədir və bu cür şaiyə yayanlar öz çirkin məqsədlərinə çata bilməyəcəklər".

Ə.Oruclunun sözlərinə görə, AMİP liderinə qarşı zaman-zaman müxtəlif üsul və vasitələrlə qarayaxma, şər-böhtan kampaniyası aparmaqla, onun cəmiyyətdəki yüksək nüfuzuna xələl gətirməyə çalışıblar: "Lakin budəfəki dövriyyə buraxılan şayiə alçaq və şərəfsizlikdir".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR