"Mən səhnəyə 4 milyon avrodan aşağı çıxmıram" deyən müğənni 5 manata mahnı oxudu - Açıqlama

img

01-08-2023 [17:30]


Bir vaxtlar "Çikita Banana", "Nane nanə", "Şahdamar" kimi mahnıları ilə məşhurlaşan Ajdar Anık 80 TL-yə (Təxminən 5 manat) istirahət mərkəzində səhnəyə çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "mən səhnəyə 3 milyon avrodan aşağı çıxmıram" deyə, tez-tez açıqlama verən müğənninin 5 manata mahnı oxuması qardaş ölkə mətbuatında maraqla qarşılanıb.

Bir çox mətbu orqanları bu hadisəyə ironik yanaşaraq, müğənnini "dəli" adlandırıblar.

Məsələ ilə bağlı Haberler.com-a açıqlama verən müğənni deyib ki, yayılan yeni video indinin deyil: "Bu görüntülər 2010-cu ilə aiddir. Ora dincəlməyə getmişdim, Orada xahiş oldu deyə "yox" demədim. Hazırda mənim səhnə qonorarım 4 milyon avrodur. Bu rəqəmdən aşağı çıxış etmirəm".

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA