XİN: "Qardaş Pakistanın yanındayıq"

img

31-07-2023 [00:17]


Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktını pisləyib.

Mia.az xəbər verir ki, bu barədə nazirlik sosial şəbəkədəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Biz Bajaurda siyasi konqres zamanı törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq.

Pakistan hökumətinə, həlak olanların ailələrinə başsağlığı veririk”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA