Məhkəmə Qubad İbadoğlu barədə qərar verdi

img

28-07-2023 [15:41]


5 gün əvvəl saxlanılaraq, barəsində 3 ay 24 günlük həbs qərarı çıxarılan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun bu gün bu qərardan verdiyi apellyasiya şikayətinə baxılıb.

Mia.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onun barəsində seçilmiş həbs qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, yayılan məlumata görə. o, FETÖ ilə əlaqəlhəbs olunsa da,  DİN-in rəsmi məlumatında partiya sədri  Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilib.

Q.İbadoğlu və ailəsi isə bu ittihamı qəbul etməyiblər.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA