“Avropada separatizm domino effekti doğuracaq” - Əslən katalon olan Cozer Borelin Şarl Mişeldən fərqi nədədir?
27-07-2023 [22:45]
Bugünlərdə yazmışdım ki, rəsmi Vaşinqton Ermənistan-Azərbaycan sülh sazişinin Amerikada imzalanmasında maraqlıdır. Rusiya isə Moskvanın yekun sənədinə imza atıldığı yer olmasını arzulayır.
Azərbaycan üçün isə ən optimal variant Brüssel müstəvisidir. Niyə? Çünki Belçika özü də separatizmdən əziyyət çəkən ölkədir. Belə ki, flamandlarla fransızdilli belçikalılar arasında ciddi ixtilaf var. Flamandlar niderland dilində danışır. Niderland (Hollandiya) flamandrlara xüsusi simpatiya bəsləyir ki, bu da təbiidir. Flamandların əhalisi də, ərazisi də fransızdilli belçikalılardan çoxdur.
Belçika krallığının parçalanma təhlükəsiz son dərəcə yüksəkdir. Aydındır ki, belə bir ölkə separatizmi müdafiə edə bilməz. Hazırda Avropa Şurasının prezidenti fransızdilli belçikalı Şarl Mişeldir. Bu amil Azərbaycana böyük fürsətlər tanıyır.
Qondarma Dağlıq Qarabağın keçmiş dövlət naziri, erməni əsilli rusiyalı milyarderi Ruben Vardanyan iyulun 18-də Twitter-də yazmışdı ki, Azərbaycanın Ağdamdan keçən yolun istifadəsinə dair təklifini dəstəkləməklə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Artsaxın blokadasına legitimlik qazandırıb. Yəni Şarl Mişelin Qarabağ ermənilərinə münasibətində yuxarıda vurğuladığım amil ciddi çəkiyə malikdir. Düzdür, bu barədə kimsə açıq mətnlə nəsə demir. Ancaq mən əminəm ki, bu, məhz belədir.
Orası da var ki, Avropa İttifaqı nəhəng bir təşkilatdır. Bu ittifaqda separatizmə dəstək verənlər də az deyil. Onlardan biri də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Boreldir. O, son bəyanatında bildirib ki, Aİ Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə təchizat təklifini nəzərə alır. "Ancaq buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxılmamalıdır".
COZEP BOREL
Ümumiyyətlə, Cozep Borel (1947) Şarl Mişeldən fərqli olaraq həmişə ermənilərin yanında olub. Niyə? Çünki bu adam kataloniyalıdır. Elə düşünməyin ki, bu, mənim şəxsi iddiamdır. Böyük Britaniyanın “theguardian.com” qəzetində 2019-cu ilin 15 oktyabrında “Catalan independence leaders accused of 'totalitarian attitude'” (Kataloniyanın müstəqillik liderləri "totalitar münasibətdə" ittiham olunur) adlı məqalə gedib. Məqalədə deyilir: “İspaniyanın xarici işlər naziri (o vaxt Cozep Borel idi) müstəqillik tərəfdarı olan Kataloniya hökumətini İspaniyadan qopmağa qarşı çıxan katalonların 50%-ni kənarda qoyan və onları nəzərə almayanları “totalitar münasibət” nümayiş etdirməkdə ittiham edib.
Özü də katalon olan Cozep Borel bu sözləri Kataloniyanın doqquz yüksək rütbəli liderinin regional müstəqillik uğrunda uğursuz cəhddəki rollarına və qaldırdıqları qiyama görə həbs olunduqdan bir gün sonra deyib”...
Gördüyüz kimi, Britaniya mətbuatı birmənalı şəkildə yazır ki, Cozep Borel ispan deyil, katalondur. Düzdür, o, rəsmi çıxışlarında həmişə Kataloniyanın müstəqilliyinə qarşı çıxış edib. Elə bu mövqeyinə görə də böyük siyasi karyera qazanıb. Yəni etnik azlıqlara heyranlıq bu adamın özünün etnik kimliyi ilə bağlıdır.
O da təbiidir ki, ermənipərəst olan bu möhtərəm zat Türkiyə və Azərbaycana qarşı mövqeyi ilə seçilir. Məsələn, 2019-cu ilin oktyabrında cənab Borel Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi anti-terror əməliyyatına etiraz edib. Türkiyənin Suriya kürdlərinə, daha doğrusu terrorçu kürdlərinə qarşı hücumunu pisləyib. Onu da etiraf edib ki, Avropa İttifaqı Türkiyəni hərbi əməliyyatlar keçirtməkdən çəkindirə biləcək imkana sahib deyil: "Bizim sehrli gücümüz yoxdur". O, həmişə Türkiyəni Azərbaycana dəstək verməkdə də suçlayıb.
2022-ci ilin 5 oktyabrında isə o belə bir bəyanat vermişdi: “Azərbaycan artilleriyadan və dronlardan istifadə etməklə Ermənistan ərazilərinin bir hissəsini bombalayıb və işğal edib. Baş verənlər çox üzücüdür, 300-ə yaxın əsgər ölüb, onlardan 207-si ermənidir. Bu, qətiyyən qəbuledilməzdir və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətsizlikdir”.
Türkiyə ilə Yunanıstan arasında uzun müddətdir davam edən Egey mübahisəsinə gəlincə, Borel 2020-ci ilin avqustunda Yunanıstan və yunan Kipri ilə “tam həmrəylik” ifadə edib.
Kataloniya separatçılarının rəsmi Madrid hökuməti ilə qarşıdurmasını yəqin ki, xatırlayırsız. Söhbət 2017-ci ilin sentyabrından gedir. O vaxt separatçılar İspaniya Konstitusiyasına zidd olaraq referendum keçirməyə çalışırdılar.
Bu münasibətlə cənab Borel maraqlı açıqlama verib. Avropa İttifaqına bağlı “politico.eu” saytında gedən “Josep Borrell warns of Catalan ‘domino effect’” (Cozep Borel Kataloniya (dan doğa biləcək) domino effekti ilə bağlı xəbərdarlıq etdi) adlı məqalədə o, deyir: "Berlin divarının yıxılmasından sonra Avropa ən böyük konstitusiya böhranı" yaşayır. Əgər 65 faiz (katalon) müstəqillik istəsəydi, bu fərqli bir hekayə olardı... O vaxtdan bəri ilk dəfədir ki, sərhədlərin dəyişdirilməsindən söhbət gedir. Bu, domino effekti verə bilər”.
Niyə Kataloniya ilə bağlı separatçı hərəkat Avropada domino effekti verə bilər? Cənab Barel bu suala cavab vermir. Ancaq mən bu barədə çox yazmışam. Avropada 260-dan çox separatçı hərəkat var. Katalonlar da onlardan sadəcə biridir. Yəni cənab Borel etiraf edirdi ki, Kataloniya müstəqillik qazansa bu, domino effekti verəcək və Avropa İttifaqı darmadağın olacaq.
Nədənsə cənab Borel Avropaya rəva bilmədiyini Cənubi Qafqazda həyata keçirmək istəyir.
Bu məsələ ilə bağlı Cozep Borelin bu qanadlı ifadəsi də çox məşhurdur: "Əgər həyat yoldaşımla problemim olsa, ona gül göndərirəm". Yəni İspaniya Kataloniyanın könlünü almaq üçün bir işlər görməlidir...
ŞARL MİŞEL - BOREL
Yadınızdadırsa, Fransanın nüfuzlu ziyalıları qondarma Dağlıq Qarabağ separatçılarına dəstək vermək amacı ilə bir müraciət yaymışdı. Kataloniyadakı separatçılara dəstək vermək üçün 41 fransalı senator imza atmışdı. Bu işə fransalı alimlərin də qoşulması ciddi qalmaqal yaratdı. Yəni Fransa İspaniyaya da qarşı eyni yaramazlığı edib, düzdür, xeyli kiçik miqyasda...
Cozep Borelin bir keyfiyyəti haqqında da danışmaq maraqlı olardı. Gecə-gündüz demokratiyadan danışan bu məmur İspaniyanın xarici işlər naziri olarkən Almaniyanın “Deutsche Welle” TV kanalını təmsil edən Tim Sebastiana ingilis dilində müsahibə verirmiş. Alman jurnalistin Kataloniya ilə bağlı suallarının tonundan əsəbiləşən cənab Borel müsahibəni qısa müddətə dayandırıb. Nazir müşavirləri ilə 10 dəqiqədən çox çəkən müzakirələrdən sonra müsahibəni davam etdirməyə qərar verib. Həmin müsahibə “Münaqişə zonası” adlı ingilisdilli proqramda yayımlanıb...
Bir daha Cozep Barelin yuxarıdakı fikrinə qayıdıram. Avropa İttifaqının Türkiyəni ram etməsi üçün sehrli gücü yoxdur. O da aydındır ki, “bir millət, iki dövlət olan” Türkiyə və Azərbaycan ittifaqına qarşı da Avropa İttifaqı gücsüz olacaq. Ona görə də əminliklə demək olar ki, Ermənistanın təxribat məqsədi ilə Laçın sərhəd-buraxılış məntəqəsinə göndərdiyi 19 maşın humanitar yük mənzil başına çatmayacaq. Bu siyasi təxribat isə Ermənistanı uğursuzluq zolağında girova çevirəcək...
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
Ali Koç getdi, yeni prezident seçildi - Komanda 10 nəfər qalan rəqibə qalib gələ bilmədi
Ərdoğan ABŞ-da: "Trampla regional müzakirələr aparacağıq" - FOTO
Qəzzada qida çatışmazlığı: son 24 saatda daha 5 nəfər acından ölüb
Fələstin XİN: "Oxşar addımı ABŞ-dan da gözləyirk"
Dünyanın estetik cərrahları Bakıya toplaşır - Məşhur hipnozçu Korzay Koçak onların arasındadır (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlin son Günəş tutulması başlayıb
ADPU-nun Şamaxı filialında “Suverenliyimiz – Gücümüz və Qürurumuzdur!” mövzusunda tədbir keçirilib
Kanada Fələstini dövlət kimi rəsmən tanıyıb
Hakim olmaq istəyənlər imtahan verdi
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Malta prezidentinə məktub ünvanlayıb - MƏTN
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Goranboyda ər arvadını öldürülüb
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN