Gəncədə 19 və 20 yaşlı iki gənc həmyaşıdlarını bıçaqlayıb

img

26-07-2023 [10:07]


Gəncədə 19 və 20 yaşlı iki gənc həmyaşıdlaırnı bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D.Xəlilov və 2004-cü il təvəllüdlü M.Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA