Bayramov, Lavrov və Mirzoyan sabah görüşəcək - Moskvada (Yenilənib)

img

24-07-2023 [18:46]


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

***

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Danışıqlarda Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olunacaq(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR