Kılıçdaroğlu: "Seçkidən sonra bir həftə yoldaşımın üzünə baxa bilmədim"

img

24-07-2023 [12:57]


Seçki məğlubiyyətindən sonra partiya daxilində bir qrupun hədəfinə tuş gələn CHP lideri Kamal Kılıçdaroğlu ötən gün bələdiyyə sədrləri ilə keçirdiyi görüşdə maraqlı çıxış edib.

Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, Kılıçdaroğlu ona istefaya səsləyənlərə cavab olaraq deyib ki, uduzmaq və onu həzm etmək asan olmayıb: "Sizcə, mən üzülmədim? Seçkidə uduzdum, bir həftə yoldaşımın üzünə baxa bilmədim. Asan deyildi...".

Xatırladaq ki, CHP lideri həmin iclasda partiya sədrliyindən getməyə hazır olduöğunu deyiub. Lakin bildirib ki, bunun üçün onun yerinə pul-para qalmaqalında adı hallanmayan şəxs meydana çıxmalıdır.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA