İstanbulda film kimi soyğun: 38 yaşlı şəxs anasının donunu geyindi və... - FOTOLAR
21-07-2023 [11:04]
İstanbulun Bahçelievler rayonunda yerləşən bankların birində film səhnəsini xatırladan maraqlı soyğun hadisəsi olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə ötən gün saat 12:00 radələrində Fatih prospekti, Bahçelievler Çobançeşme Məhəlləsində yerləşən bankda baş verib.
Məlumata görə, üzünə cərrahi maska taxan şəxs banka daxil olduqdan sonra növbəqəbuledici aparata üz tutub.
Bankın mühafizəçisi həmin şəxsin yanına gələndə şübhəli şəxs cibindən tapançanı çıxararaq ona tərəf tuşlayıb. Həmin şəxs daha sonra kassaya yaxınlaşaraq çantanı xidmətçiyə verib və ondan pulu içinə qoymasını istəyib.
Bank işçisi məcbur qaıb pulu çantaya dolduraraq ona verir.
Silahlı soyğunçu çantadakı 170 min TL-ni götürərək bankdan qaçır.
Bank işçilərinin vəziyyəti polisə bildirməsindən sonra İstanbul Asayiş Şöbəsi Qəsb Büro Komandirliyi qrupları soyğunçunu tutmaq üçün əməliyyata başlayır.
Hadisə yerindəki təhlükəsizlik kameralarını və şübhəlinin qaçış yolunu bir-bir araşdıran polislər gərgin iş nəticəsində həmin şəxsi Küçükçekmecedə oğurladığı pulun bir hissəsi və soyğunda istifadə etdiyi silahla yaxalayıb.
Şübhəlinin Ceyhun Y. (38) adlı şəxs olduğu və onun evdə anasının paltarını geyinərək qadın qiyafəsində soyğunçuluq etdiyi məlum olub.
Ceyhun Y. ifadəsi alınmaq üçün Qayrettəpə Asayiş Şöbə Müdirliyinə aparılıb.
Onun qarətdə istifadə elədiyi anasının geyimləri də dəlil kimi götürülüb.
Polis bölməsində ifadəsi alınan Ceyhun Y. bir müddət borcu olduğunu və bu səbəbdən də birlikdə yaşadığı anasının paltarını geyinərək qadın qiyafəsində soyğunçuluq etmək qərarına gəldiyini deyib.
Şübhəlinin bankdan qəsb etdiyi 170 min TL-nin bir hissəsini borcları üçün istifadə etdiyi, 63 min TL-nin isə qaldığı öyrənilib.
Tahir Şəlvəli
MİA.AZ
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün - sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
Qəzzada daha 4 nəfər acından ölüb
Qəzzada ölənlərin sayı 65174 nəfərə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
YSK CHP-nin qurultayının ləğvi tələbini rədd etdi
Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
Hərbi prokurorun müavini sərəncama göndərildi - Yeni təyinat (FOTO)
Hava ilə bağlı - Xəbərdarlıq
Bakıda 17000 manat dəyərində mal-qara oğurlayıblar
“Qarabağ”ın futbolçuları ona pas verəcəkmi? - Şeydayevlə bağlanan müqavilədən həm pul, həm də toy ətri gəlir
Türkiyədə məktəbə hücum: iki müəllim bıçaqlandı
Xankəndidə bayram konserti keçiriləcək
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib
Konstitusiyaya dəyişiklik: referendum olacaq, yoxsa... - TƏHLİL
Hava Limanına bahalı taksi xidməti... - Rəsmi araşdırma başlandı
"Göztepe" 4 gənc futbolçu ilə müqavilə imzalayıb - FOTOLAR
KTN-nin səlahiyyəti genişləndi - Əli Əsədovdan qərar
"Formula 1": Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan referenduma gedir? - Vitse-spiker anons verdi
Əziz Yıldırım: "Heç kəsi dəstəkləmirəm”