Polis və DTX əməkdaşları Laçında çətənə bitkilərini məhv edib

img

21-07-2023 [09:57]


Laçın Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Laçında birgə tədbirlər keçirib, çətənə bitkiləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Laçın RPŞ-nin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 320 kiloqram olan 5158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA