İsmayıllıda 38 yaşlı ər arvadını öldürüb

img

17-07-2023 [15:46]


İsmayıllıda ər arvadını öldürüb.

Mia.az rayon prokurorluğuna istinadla xəbər verir ki, iyulun 17-si saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Etibar Bədəlovun arvadı Aytən Bədəlovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Etibar Bədəlov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Fakta görə İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR