Oman vətəndaşı Qəbələdə saxlanılıb

img

13-07-2023 [15:00]


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, Oman Sultanlığının vətəndaşı Zakariya Abdullah Hassan Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni dələduzluq –külli miqdarda ziyan vurmaqla törədikdikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasına baxmayaraq o, məsuliyyətdən yayınmağa cəhd edib.

Belə ki, 3 ilə yaxın müddətdə paytaxtda, eləcə də respublikanın digər bölgələrində gizlənməyə çalışıb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri Bakı şəhərində müəyyən edilərək saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA