Bu ölkədə polisə "tələ" quruldu: 6 polis həlak oldu, 12 yaralı var - Mafiyaya qarşı geniş əməliyyat başlayıb

img

13-07-2023 [10:50]


Meksikada anonim çağırış üzrə hərəkətə keçən polis maşını bomba ilə partladılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Meksikanın Xalisko əyalətinin Tlajomulko şəhərində çağırışa gedən polis maşını yoldan keçərkən bomba partladılıb: "Bomba partlatması nəticəsində 6 polis həlak olub, 12-si yaralanıb".

Halisko əyalətinin qubernatoru Enrike Alfaro bildirib ki, bu terror aktını mütəşəkkil cinayət təşkilatı təşkil edib. 

Məlumata görə, hadisədən sonra bölgəyə çoxlu təhlükəsizlik qüvvələri yeridilib: "Hazırda bölgədə mafiya təşkilatlarına qarşı geniş əməliyyat başlayıb".

Tahir Şəlvəli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA