Məşhur müğənninin klipdə istifadə etdiyi ağ tabut oğurlanıb - Oğru hadisə yerində elə məktub buraxdı ki...

img

12-07-2023 [16:08]


Məşhur müğənni Serdar Ortaçın Mehmet Çeviklə birgə çəkdirdiyi klipdə istifadə etdiyi ağ tabut oğurlanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çevikin anbarından oğurlanan tabutla bağlı diqqətçəkən bir "məktub" buraxılıb.

Məlumata görə. tabutu oğurlayan şəxs məktubda yazıb: "Məqsədim heç vaxt oğurluq deyil. Klipdə istifadə olunan tabutu fanatınız olaraq sizdən xatirə qalsın deyə apardım..."

Xatırladaq ki, "Bilseydim ki" mahnısına çəkilən klipdə dəfn səhnəsində güllərlə bəzədilmiş xüsusi hazırlanmış ağ tabutdan istifadə edilib. 

Klipdən sonra həmin tabut Mehmet Çevikin anbarında saxlanılırmış...

Ləman

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR