Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası olub

img

11-07-2023 [12:15]


"Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılan Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası başlayıb.

Mia.az “Report”a istinadla xəbər verir ki, Azərbaycan nümayəndə heyəti toplantıda iştirak etmək üçün İranda səfərdədir.

Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və digər rəsmi şəxslər daxildir.

İclasda “Ordubad” və “Marazad” su elektrik stansiyaları, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA