Prezidentin Naxçıvandakı nümayəndəsinə əlavə səlahiyyət verildi

img

06-07-2023 [11:46]


Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı idarəsinin rəhbərinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi təklif olunur.

Mia.az xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA