Göyçayda qətl: 39 yaşlı 34 yaşlı həmyerlisini öldürdü

img

05-07-2023 [12:26]


Göyçayda 34 yaşlı kişi öldürülüb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, iyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

"Onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib", - məlumatda qeyd edilib.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA