Bir qrup deputat Kamal Kılıçdaroğlunu boykot edib

img

05-07-2023 [09:05]


Prezident seçkilərindəki məğlubiyyətdən sonra CHP-də "daşlar yerinə oturmur".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, seçkidən sonra partiya lideri Kamal Kılıçdaroğluun postundan "iki əlli yapışması" daxildə gərginliyi artırb. 

Məlumata görə, artıq partiyanın bəzi "ağırçəkili topları" Kamal Kılıçdaroğlnu boykot etməyə başlayıblar.

Türkiyə mətbuatı yazır ki, CHP sədr Kamal Kılıçdaroğlunun bu gün partiyasının Türkiyə parlamentindəki fraksiya üzvləri ilə toplantısında zalın yarısı boş qalıb: "Artıq bır sıra deputatlar, o cümlədən partiyanın “ağır topları” kimi tanınan Engin Altay, Vəli Ağbaba və Bülent Tezcan qrup toplantısına qatılmayıb. Görünür, onlar da Kılıçdaroğlunun istefasını istəyənlərlə birgə addımlamaq qərarı veriblər. Ona görə də sədri boykot ediblər...".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA