Rabitədəki müəmmalı 450 min manatlıq borc silindi – Foto-faktlar (Özəl)

img

22-05-2014 [12:30]


İki gün əvvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sərəncamında olan təkcə bir qovşaqda yarım milyon manata yaxın borcun təyinatından yayındırılması haqda Mia.az-da yayımlanan xəbərdə sonra həmin vəsait üzrə problem öz həllini tapıb.

 Mia.az xəbər verir ki, 344 dayaq taksofonu vasitəsiylə 596-67-71 nömrəli telefon üzərindən 445.874.68 manatlıq şəhərlərarası danışıq həyata keçirilsə də, həmin borcun iki gün əvvələ qədər ödənilməsi həyata keçirilməyib.

 Mia.az-a daxil olan bu məlumatla bağlı kiçik araşdırma zamanı isə ortaya daha bir maraqlı fakt çıxmışdı. Bəlli olub ki, borcları yoxlamaq üçün nazirliyin rəsmi istifadəsində olan Phone.rabita.az-da aşkarlanan fakt gizlədilib. Yənu burada həmin nömrə və borclar haqqında "məlumat yoxdur" qeyd edilməklə, bu fakt yox idi.

 Mia.az xəbər verir ki, Bakı şəhərində telefon avtomatları vasitəsilə şəhərdaxili, şəhərlərarası və beynəlxalq danışıq xidmətləri göstərən Bakı Avtomat Telefon Qovşağının rəhbərliyi təxminən 450 min manatla bərabər, 252 manatlıq abunə borcunu da dövlətə ödəməyiblər.

 Bu gün isə araşdırma zamanı daha bir maraqlı fakt əldə etdik. Bəlli oldu ki, artıq 445 min 874 manat 68 qəpiklik borc öz həllini tapıb. İki gün içərsində həmin borcun həqiqətən ödənilməsinin təmin edilib-edilmədiyini dəqiqləşdirə billməsək də, fakt odur ki, Elektron Hökumətin internet portalında problemin həll olunması öz əksini tapıb.

 Mia.az hər iki halı, yəni borc və onun silinməsini əks etdirən faktların sənədli fotolarını da təqdim edir. Seçim və rəy sözsüz ki, oxucunundur.

Onu da qeyd edək ki, qeyd edilənlərlə bağlı BRTİB-in baş direktoru Beytulla Hüseynovun müavini Xankişi Kişiyev iki gün əvvəl Mia.az-a əlaqə yaradıb, təxminən 450 min manaatlıq borcun necə şişməsini məntiqli şəkildə izah etməsə də, belə bir faktın olmasını inkar etməyə çalışmaqla yanaşı, yığılan pulların da əmək haqqı və digər xərclərə yönəldilməsinin mümkünlüyünü demişdi.

Mia.az BTRİB rəhbərliyinə borc və iki gün ərzində borcla baglı yaşanan prosesi əks etdirən sənədlərin fotolarını təqdim edir və fakta daha obyektiv münasibət bildirməyi xahiş edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub