Deputat komitə sədri seçildi: "Gözləntiləri doğrultmaq üçün əlimdən gələni edəcəyəm"

img

04-07-2023 [11:47]


ATƏT Parlament Assambleyasının (PA) Vankuverdə keçirilən illik sessiyasında Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev yenidən qurumun İqtisadi və Ekoloji məsələlər üzrə Komitəsinin sədri vəzifəsinə seçilib.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Bildirib ki, Vankuverdə keçirilən iclasda onu  yenidən ATƏT Parlament Assambleyasının İqtisadi və Ətraf Mühit Məsələləri üzrə Baş Komitəsinin sədri vəzifəsinə seçiblər: "Bunun üçün həmkarlarıma səmimi qəlbdən təşəkkür edirəm. Bütün gözləntiləri doğrultmaq üçün əlimdən gələni edəcəyəm, həmçinin bütün nümayəndələrlə sıx əməkdaşlığı səbirsizliklə gözləyirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR