Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-06-2023 [00:03]
Qoç - maliyyə itkiləri istisna deyil. Qəfil xərclər olacaq. Pulların bir qismini qaytarmaq üçün səy göstərmək gərəkdir. İşdə rəhbərliklə ixtilaf istisna deyil. İş yerini dəyişmək barədə düşünə bilərsiniz. Aktiv axtarışlar yaxşı nəticə verə bilər.
Emosional fon yaxşı deyil. Qıcıqlı və sinirli olmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın. Sevdiyiniz insan səbrlidir. O, əhvalınızı yaxşılaşdırmağa çalışacaq.
Buğa - əhvalınızın korlanması üçün çox xırda məqam yetərlidir. Emosiyalarınıza nəzarət edin, hisslərin əsirinə çevrilməyin. Ünsiyyətdə xoş olmayan insanlarla təmas qurmalı olacaqsınız. Bu adamlara gerçək münasibətinizi büruzə verməməyə çalışın. Gərəkli əşyaları tapmağa çətinlik çəkəndə sinirlənməyin.
İşdə həmkarlarla dil tapmaq asan deyil.
Şəxsi münasibətlər müstəvisində əhəmiyyətli qərarlar qəbul etmək üçün əlverişli zaman deyil. Səhv riski böyükdür. Qəfil səfər və ya səyahət istisna deyil. Yol çox vaxt aparacaq, xeyir verməyəcək.
Əkizlər - ötənlər barədə çox düşünməyin. Nə qədər çox fikirləşsəniz, əhvalınız bir o qədər çox korlanacaq. Yarımçıq qoyduğunuz işləri başa çatdırın. Maraqlandığınız məşğuliyyətə vaxt ayırmaq zamanıdır. Yaradıcılıq əhvalınızı yaxşılaşdıra bilər.
Günün ikinci yarısı dostlarla ünsiyyətlər üçün əla zamandır. Yeni, xoş tanışlıqlar üçün əlverişli zamandır. Yeni təmaslar macəra vəd edir.
Xərçəng - eksperimentlər aparmayın. Qəfil ideyanı reallaşdırmaq üçün əlverişli zamandır. Əvvəl başladığınız işi başa vurmaq məsləhətdir. Yeni işlərə başlayarkən diqqətli olun. Qarışıqlıq və diqqətsizliyə yol verməyin. Dostlarla fikir ayrılıqları istisna deyil. Ciddi münaqişələrin alovlanmasına imkan verməyin.
Şəxsi münasibətlərdə təəssüflər istisna deyil. Romantik münasibətlər istədiyiniz kimi alınmayacaq. Sevdiyiniz insanın təmaslara verdiyi dəyər dəyişə bilər. Üstün cəhətlərdən fərqli olaraq nöqsanlara daha çox önəm verin.
Şir - nüfuzlu insanla uzun və yorucu mübarizəyə başlamayın. Düşmən güclü olmaqla yanaşı, məkrli və rasionaldır. Bu adamla qarşıdurmadan yayınmağa çalışsanız da, səyləriniz bir nəticə verməyəcək. Qüvvə toplayın, etibarlı və sadiq müttəfiqlər arayın. Kiçik, amma çox xoşagəlməz səhvlər və anlaşılmazlıqlar mühüm işlərin axarına mane ola bilər. Aktual məsələləri həll etmək üçün əlavə xərclər, səylərin gərəkəcəyi istisna deyil.
Zərurət duyulduğunu hiss etsəniz də, risk etməyin. Sevdiyiniz insanla münasibətlərə dəyər verin, onun hisslərinin qayğısına qalın. Eqoizm izharı ciddi problemlər yarada bilər.
Qız - impulsiv olmayın. Qərarları qəbul edərkən tələskənliyə yol verməyin. Vurnuxmalara qapılsanız, adi günlərdən fərqli olaraq daha çox səhvlərə yol verə bilərsiniz. Qıcıqlı davranış və emosional əməllər işdə həmkarlarla münasibətləri normallaşdırmağa imkan verməyəcək. İşgüzar tərəfdaşlarla diqqətli olun.
Müttəfiqlər öz problemlərinin həllinə sizi cəlb etməyə çalışacaqlar. Qıcıqlanmayın, səbrli və təmkinli olun. Müstəqil fəaliyyət üçün münasib zamandır. Şəxsən sizin üçün mühüm sayılan məsələlərə cavab aramağa çalışın. Daşınmaz əmlakla bağlı anlaşmalar və sövdələşmələr üçün əlverişli zaman deyil. Alış-verişdə bədxərclik etməyin.
Tərəzi - uğurlara nail ola bilərsiniz. Cəsarətli ideyalarınızın gerçəkləşdirilməsinə aktiv şəkildə başlayın. Sizə yardım edəcək insanlar tapa bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-adi, ekstravaqant vasitələrdən istifadə edə bilərsiniz. Ciddi problemlərin həlli üçün effektiv qərarlar qəbul edin. Tələskənliyinizlə ətrafınızdakı insanları təəccübləndirməyin.
Yeni romantik münasibətlərin başlanması üçün pis zaman deyil. İşgüzar maraqlarınızı başqalarının istəklərinə qurban verməyin. Yaranan hisslər möhkəmlənəcək.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əqrəb - yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Tərəfdaşlarla dil tapın. Sərt və aqressiv olmayın. İradlarınız yersiz, zarafatlarınız mənasız olmasın. Yollandığınız yerdə sizi soyuq qarşılaya bilərlər. Yalnız öz işlərinizlə məşğul olaraq sizə dəyər verən insanların maraqlarını qulaqardına vurmayın.
Diqqətli olun, fikrinizi mənasız işlərə yayındırmayın və uğur sizin olacaq.
Xoşagəlməz məlumatlar almağınız istisna deyil. Həmin informasiyalardan biri sizi yola çıxmağa vadar edə bilər. Sevdiyiniz insanlarla münasibətlərdə sərinlik riski var.
Kiçik güzəştlərə belə, getməkdən boyun qaçırsanız, az sonra buna peşman olacaqsınız.
Oxatan - bir işi yarımçıq qoyub başqasına başlamayın. Enerjinizi aktiv fəaliyyətə zərurət duyulan istiqamətə yönləndirin. Xoşagəlməz situasiyalar, münaqişələr və qarşıdurmaların səbəbkarına çevrilməyin.
Rəğbət bəslədiyiniz insanların tənqidlərinə aqressiv reaksiya verməyin. Hətta konstruktiv iradlardan da inciməyin. Sakit davranın, soyuqqanlı və təmkinli olun.
Ailə maliyyəsi və əmlakı ilə bağlı məsələlərin çözülməsi üçün əlverişli zaman deyil. Yaxınlarınızla təmaslar üçün pis zaman deyil.
Oğlaq - kiçik problemləri ürəklərinizə salmayın. Soyuqqanlı davransanız, işlər pis olmayacaq. Başladığınız işləri yarımçıq qoymayın. Önəmli məsələlərin həllini başqalarına həvalə etməyin. Problemlərin öhdəsindən yalnız özünüz gələ bilərsiniz. Təkbaşına, müstəqil şəkildə çalışın. Dostlar və köhnə tanışlardan yardımlar, habelə maddi dəstək ala bilərsiniz.
Uğurlu anlaşma və sövdələşmələr istisna deyil.
Nüfuzlu insanlarla təmaslarda diqqətli olun. Sizi ilk dəfə görən insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Yeni romantik münasibətlər istisna deyil. Tanışlıqlara ciddi önəm verməyin.
Dolça - yaxın ətrafınızdakı insanlar təşviş və təlaş içində olsalar da, emosiyalarınıza nəzarət edin. Hissləriniz sizə çalışmağa, mühüm məsələləri həll etməyə mane olmamalıdır. İşdə rəhbərliklə münasibətləri normallaşdırın. Nüfuzlu insanla əlaqələri intensivləşdirin. Karyera müstəvisində irəliləyiş şansı var. Peşəkar fəaliyyət sahəsində mövqelərinizi möhkəmləndirin.
Qeyri-formal şəraitdə gərəksiz əlaqələrdən yayının. Antipatik insanlarla təmasları ünsiyyəti minimuma endirin. Adi günlərlə müqayisədə işlərə daha çox enerji sərf etməli olacaqsınız. Axşam saatlarında normal istirahət edin.
Balıqlar - bu gün alacağınız informasiya karınıza gələcək. Mürəkkəb, ağır işlərlə məşğul olmaq olar. Situasiya nə qədər qeyri-müəyyən, çətin olsa da, problemlərin həll yollarını arayın. Problemlərin çözümündə alternativ vasitələri seçin.
Peşəkar fəaliyyət və maliyyə məsələləri ilə bağlı istənilən məqamda aktiv olun. Cazibədar, maraqlı işgüzar təkliflər ala bilərsiniz.
Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Yeni, prinsipial işə başlamaq olar. Yaşamınızda dəyişikliklər, yeniliklər etmək olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Aktiv, nikbin olun.
Milli.Az
İLHAM ƏLİYEV GÜRCÜSTANA GETDİ
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub