Ərdoğanla Paşinyan telefonda danışdı: "Bu proses qarşıdakı dövrdə də davam etməlidir"

img

28-06-2023 [18:12]


Prezident Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasıyası məllumat yayıb.

Məlumata görə, Paşinyan telefon danışğında türk xalqını Qurban bayramı münasibətilə təbrik edib. 

Prezident Ərdoğan Qurban bayramının bölgə başda olmaqla bütün insanlığa sülh, əmin-amanlıq və bolluq gətirməsi diləklərini çatdırıb. 

İkitərəfli münasibətlərin də müzakirə olunduğu görüşdə Ərdoğan Türkiyə ilə Ermənistan arasında tam normallaşma məqsədi ilə başlanan prosesdə indiyədək etimadı artıran addımların atıldığını və bu prosesin qarşıdakı dövrdə də davam etməsi lazım olduğunu bildirib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR