Rusiya kəşfiyyatı: "MKİ-nin direktoru ilə görüş vacibdir"

img

23-06-2023 [15:56]


Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə görüşə bilər.

Bunu S.Narışkin TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələri davam etdirməyə ehtiyac var.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, son vaxtlar MKİ-nin direktoru ilə ünsiyyəti olmayıb: “Bununla belə, bizim kifayət qədər normal münasibətlərimiz var. Mənə elə gəlir ki, təmasların qorunmasına ehtiyac mövcuddur”.

Qeyd edək ki, tərəflər sonuncu dəfə 2022-ci il noyabrın 14-də Ankarada Türkiyə Milli Kəşfiyyat Təşkilatının qərargahında görüşüblər(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA