Şəkidə 12 ton narkotik tərkibli bitki məhv olunub

img

23-06-2023 [15:41]


Şəkidə 12 ton narkotik tərkibli bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

Keçirilən tədbir zamanı rayonun Çapağan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 12 ton olan 16 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR