Ceyhun Bayramov: "Gələn həftə ABŞ-da Mirzoyanla görüşəcəyəm"

img

23-06-2023 [13:19]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini təsdiqləyib.

O, bu barədə “Röyters”ə müsahibəsində danışıb.

Nazir qeyd edib ki, rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var.

C.Bayramov bildirib ki, Azərbaycan Ermənistanla razılıq əldə olunmasında maraqlıdır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA