Deputat oxu həmkarına tuşladı, xanım deputat isə... -  "Söyüdlünün deputatı mən yox, Sevinc Hüseynovadır"

img

22-06-2023 [14:00]


Bir neçə gündür ki, Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərin ekoloji fəlakətə etirazı davam edir.

Mia.az xəbər verir ki, aksiya nəticəsində polisin güc tətbiqi ilə rastlaşan sakinlərdən həbs olunan və cərimələnənlər var.

Son üç gündə ölkənin bütün müxtəlif təbəqələrindən bu hadisəyə münasibət bildirilib. Ancaq nədənsə Gədəbəy rayonu Milli Məclisi təmsil edən deputatlar – Arzu Nağıyev və Sevinc Hüseynovanın səsi gəlmir.

Millət vəkillərinin öz seçicilərinin niyə yanında olmaması, onların problemləri haqqında danışmaması sual doğurur.

Mia.az xəbər verir ki, Gununsesi.info-nun əməkdaşı hər iki deputatla əlaqə saxlasa da, onların mövqeyini öyrənə bilməyib.

Əməkdaşımıza açıqlamasında Arzu Nağıyev Söyüdlü kəndinin deputatının Sevinc Hüseynova olduğunu deyərək şərh verməkdən imtina edib.

Sevinc Hüseynova isə “Mən iclasdayam, sonra danışarıq” deyərək, telefonun dəstəyini asıb.

Deputat gün ərzində zəngləri cavabsız qoyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR