Yusif Qədimbəylinin oğlu həbs olunub?

img

21-06-2023 [16:29]


Türkiyədə xeyli sayda tiktokerin həbs edilməsi barədə xəbər vermişdik.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlar arasında azərbaycanlı tiktokerlər də var.

İddia olunur ki, saxlanılanlardan biri "TikTok"da "By MG" niki ilə tanınan Mehman Qədimbəyli də var.

Qeyd edək ki, M.Qədimbəyli Sədərək Ticarət Mərkəzinin sahiblərindən biri kimi tanınan Yusif Qədimbəylinin oğludur.

Onu da qeyd edək ki, M.Qədimbəyli Prezidentin sabiq köməkçisi Əli Həsənovun köməkçisi olub.

M.Qədimbəylinin saxlanılıb saxlanılmadığını dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA