Bu ölkənin qadın həbsxanasında dəhşətli qiyam oldu: 25 qadın diri-diri yandırıldı, 16 qadın isə güllələndi

img

21-06-2023 [08:35]


Hondurasda qadın həbsxanasında qiyam baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Hondurasın "La Prensa" qəzeti məlumat yazıb.

Qəzetin məlumatına görə, paytaxt Tequsiqalpanın Tamara şəhərindəki qadın həbsxanasında baş verən iğtişaş iki qadın cinayətkar qrupu arasında yaşanan davadan qaynaqlanıb. Bundan sonra hadisələr məcradan çıxıb və həbsxanadan alovlar yüksəlməyə başlayıb.

Məlumata görə. baş verən toqquşmalarda 25 qadın dirr-diri yandırılıb, 16 qadın isə silahla öldürülüb: ""Mara Salvatrucha" və "Barrio 18" cinayətkar qrupları arasında gedən davaya görə həbsxana ətrafına çoxlu təhlükəsizlik qüvvələri göndərilib".

Ölkənin Təhlükəsizlik nazirinin müavini Julissa Villanueva Twitter hesabında hadisə barədə sərt paylaşım edib. O, bildirib ki, ölkəsi belə başıpozuq dəstələrin nazı ilə oynamayacaqlar: "Artıq həbsxanada fövqəladə vəziyyət elan edilib. Tamara qadın həbsxanasına ən sərt şəkildə müdaxilə etmə əmrini verdim. Biz bu başıpozuq dəstələrin hərəkətlərinə dözməyəcəyik".

Digər məlumata görə, ölkəin başqa bir həbsxanasında da oxşar qiyam baş verib.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR