Deputat parlamentdə bahalaşmaya diqqət çəkdi: "Hökumətin ən böyük problemi qiymət artımının qarşısını ala bilməməsidir"
13-06-2023 [13:16]
"2023-cü ilin dövlət büdcəsinin qəbulundan 5 ay sonra gəlir və xərclərə yenidən baxılması regionda iqtisadi və təhlükəsizlik risqlərinin ən yüksək olduğu, Rusiya-Ukrayna müharibəsinin əsrlərlə formalaşan iqtisadi-ticarət zəncirini məhv etdiyi bir vaxtda baş verir".
Mia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahir Oruc Milli Məclisin bugünkü iclasında deyib.
Zahid Orucun sözlərinə görə, ilin sonunadək qüvvədə olan büdcə qanunun və cari icra qrafikinin dəyişilməz qalması Böyük Qayıdışın gecikməsinə, milli təhlükəsizliyimizin yeni təhdidlərdən ziyan çəkməsinə səbəb olardı:
"Xatırladaq ki, sülh danışıqları ilə paralel, Ermənistan təkcə son aylarda Hindistandan 245 milyon dollarlıq silah alıb və 2025-ci ilə qədər onu 5 milyard dollara çatdırmağı hədəfləyir. Digər tərəfdən, 10 noyabrdan sonra Cənubi Qafqazda hərbi risqlər və Azərbaycana qarşı İrəvandan çox, daha böyük dövlətlərdən təhlükələr artıb . Ona görə də parlamentin hər bir üzvü prezidentin strateji qərarlarını alqışlayır.. Ona görə də hər iki sahə külli miqdarda əlavə vəsaitə ehtiyac duyur. Faktiki olaraq, dövlət rəhbəri azad olunan torpaqlarda Yeni Vətən qurur. Parlamentin hər bir üzvü prezidentin strateji qərarlarını alqışlayır..
Bununla bərabər, hökumətin son 6 ildə qarşısında dayanan ən böyük vəzifə qiymət və inflyasiya artımının qarşısını ala bilməməsidir. Obyektiv iqtisadi mərkəzlərin hesabatları göstərir ki, devalvasiyadan sonra əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda məhsul-buğda unundan şəkər tozuna, düyüdən qara çaya qədər səbətin dəyəri 68% artıb. Həmin dövrdə əsas kommunal xidmətlər-elektrik enerjisi, təbii qaz və su-kanalizasiya üzrə əhalinin xərcləri orta hesabla 80% artıb. Beləliklə, son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalaşsa da, orta maaşlar 65%-ə yaxın artıb. Konkret əhali qrupları içərisində məsələn, təhsil işçilərinin-2015-ci ildən diaqnostik qiymətləndirmədən sonra ötən 6 ildə orta məktəb müəllimlərinin məvaciblərinin artımı 55% təşkil etdiyi halda real inflyasiya həmin rəqəmlərin sosial effektini xeyli zəiflədib. 28 mayda seçkilərdə parlaq qələbə qazanan Rəcəb Tayyib Ərdoğan yeni hökumətə-özü də onun siyasətilə razılaşmayanları da daxil etdiyi təzə komandasına yüksək inflyasiyanın qarşısını almağı önə qoyub".
Deputat qeyd edib ki, hökumətin ikinci önəmli vəzifəsi Azərbaycan iqtisadiyyatının sektorlar baxımından ənənəvi strukturunu dəyişdirməsidir: "Yenə də qərəzsiz iqtisadi təhillərə diqqət yetirək-ölkəmizdə ÜDM-in 47 %-ni təmin edən neft sektorunda cəmi 39 min məşğul işçi, ÜDM-in 4.7%-ni təmin edən kənd təsərrüfatında isə ümumi məşğul əhalinin 36 %-i, yəni 1 mln. 809 min işçi çalışır. Göründüyü kimi, ÜDM-i əsas etibarı ilə bir sahə yaradır, məşğulluğu isə ən aşağı əmək məhsuldarlığına malik olan digər sahə. Kənd təsərrüfatı isə bütün dünyada olduğu kimi, ölkəmizdə də dövlət yardımı ilə ayaqda durur.
Azərbaycanın qeyri-neft sektorunda 2021-ci ildə ən böyük payla (10%) ticarət və nəqliyyat vasitələrinin təmiri, ondan sonra nəqliyyat və anbar təsərrüfatı (6,9%), emal sənayesi (6,9%) və tikinti (5,9%) yer tutur.
Halbuki pandemiya və Rusiya-Ukrayna müharibəsi dünyada təchizat zəncirindəki pozulmalar hesabına ölkəmizə yeni fürsətlər verib. Qlobal bazarda məhsul qıtlığı ölkəmizin kimya və metallurgiya sənayesi məhsullarına tələbatı artırıb. Lakin kəndə və torpağa qoyduğumuz investisiya siyasəti, məsələn 100 min manatlıq kreditə görə paytaxtdan 3 dəfə bahalı əmlak tələb edəcəyiksə, aqrar təsərrüfat neftin alternativi olmayacaq və idxaldan asılılığımız azalmayacaq".
Zahid Orucun fikirincə, qeyri-neft ixracı böyümədən dayanıqlı iqtisadi artım mümkün olmur: "Digər tərəfdən, neft hasilatı azalır, son illər SOCARın idarəçiliyi İnvestiya Holdinqi vasitəsilə açıq və şəffaf olmaqdansa, daha da qapanıb və peşəkar kadrların şirkətdən getməsi hasilatın azalmasında önəmli faktordur. Artan təbii qaz hasilatı neft gəlirlərini kompensasiya edə bilmir.
Su ilə bağlı əhalinin son illər yaşadığı çətinliklər hökumətin qarşsıında həlli vacib məsələ kimi dayanır. Büdcə dürüstləşməsində onunla bağlı müddəalara ehtiyac vardı. İrriqasiya və içməli su təminatına dair vahid struktur yarandıqdan sonra qurumun rəhbərliyi xalqın qarşısına çıxıb hər hansı aydın proqram elan etməyib. Lakin Kür çayı ətrafında xeyli spekulyasiylar mövcuddur. Hökumət ölkə başçısının tapşırığı ilə bir neçə qapalı müşavirələr keçirib, lakin bəzi faktları səsləndirmək istərdik.
Kür çayının formalaşmasında Türkiyənin payı 6-7 faizdən yuxarı deyil, yəni aktiv su toplama ərazisi qardaş ölkədə çox kiçikdir. Ora əkinçilik üçün münbit ərazi deyil, çünki dağlıq relyefdir. Ermənistanda Kürün su toplama hövzəsi daha genişdir, çünki yüksək dağlıq ərazilərə düşür, yəni, suvarma və elektrik stansiyaları orada da zəifdir.
Gürcüstan 4000 min metr yüksək dağlardan gələn mənbələr hesabına Kür suyunun formalaşmasında aparıcı yer tutur. Lakin orada da istifadə imkanları aşağıdır. Kür suyunun əsas hissəsi qonşu ölkələrdən Azərbaycana daxil olur. Qırmızı körpüyə gedib onu görə bilərik. Çeyrançöl, Korçay, Ağyazı, Haramı və Mil-Muğan düzləri daxil qış otlaqları əkildiyi üçün on min hektarlarla yeni ərazilər suvarmaya cəlb olunub. Ona görə də qeyri-bərabər və qaydasız su istifadəsi əhalinin təminatına mənfi təsir edir. Heyvandarlıq məhsullarının qiymətinin artması da onunla birbaşa bağlıdır.
Ümidvarıq ki, qeyd olunan təkliflər hökumətin gələcək siyasətində nəzərə alınacaq və biz dürüstləşdirilmiş büdcəyə səs verəcəyik".
Samir
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"