TOLERANTLIQ və DİNİ TƏHLÜKƏSİZLİK... - Qalib Arif yazır
12-06-2023 [23:01]
Məlum olduğu kimi, multikulturalizm – eyni bir ölkədə yaşayan müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü formalaşdırmaq və reallaşdırmaq istiqamətində siyasətin həyata keçirilməsi deməkdir.
Multikulturalizmin əsasını tolerantlıq - müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin tanınması, qorunması, inkişafı və harmoniyası təşkil edir. Deməli multikulturalizm bir üstqurumdursa, tolerantlıq bazisdir.
Məlum olduğu kimi, tolerantlıq Azərbaycan xalqının mentalitetindən gələn bir xüsusiyyətdir, multikulturalizm siyasəti isə böyük şəxsiyyət və dahi siyasətçi Heydər Əliyevin Azərbaycana 30 illik rəhbərliyi dövründə məhz bu bazisin üzərində həyata keçirilmişdir.
Multikulturalizm ölkə daxilində müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin tanınması, qorunması, inkişafı və harmoniyasını tələb etdiyi kimi, ölkə xaricində də sivil dünyaya inteqrasiya tələb edir. Azərbaycan XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra sivil dünyaya fəal inteqrasiya etməyə başlamışdır. Bu prosesin əsasını Heydər Əliyev qoymuşdur və Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Ümummilli lider Azərbaycanın dünyaya inteqrasiya prosesini çox gözəl, obrazlı ifadə etmişdir: «Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir»...
Azərbaycan türkdili müsəlman, Şərq ölkəsi olmaqla bərabər, tutduğu yol qərbyönümlü demokratiya - söz, fəaliyyət azadlığı, insan haqlarının, qanunçuluğun qorunması yoludur. Respublikamız 1991-ci ildə BMT-yə qəbul olunduğu zaman müstəqilliyini rəsmən elan etdiyi kimi, 2001-ci ildə Avropa Şurasına qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini rəsmən elan etmişdir. Azərbaycan keçən əsrin sonlarından etibarən BMT, Avropa Şurası, Avropa İttifaqı, NATO kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir, müştərək layihələrdə və müxtəlif tədbirlərdə fəal iştirak edir.
Qeyd etmək lazımdır ki, dünyaya inteqrasiya formasından asılı olmayaraq, mahiyyətcə mütərəqqi cərəyan olsa da, bütün yeniliklər kimi, müəyyən qurbanlar tələb edir. Məsələn, Avropa Şurası, Avropa Birliyi, NATO kimi beynəlxalq təşkilatlar üzvlüyə namizəd ölkələrin qarşısına sərt tələblər qoyur, bu da bəzən həmin ölkələrin adət-ənənələri, hətta qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Deməli, inteqrasiyanın nəticəsində ölkəyə yeni dünyagörüşü, mədəniyyət, mütərəqqi texnologiyalar, innovasiyalar ixrac olunur, gəlmə «yeni» yerli «köhnə»ni sıxışdırır, bəzən tamam aradan çıxarır. Bu da yerli əhalinin haqlı narazılığına səbəb olur, insanlar öz adət-ənənələrinin, mental dəyərlərin müdafiəsinə qalxırlar. Yeri gəlmişkən, inteqrasiya müasir dövrdə daha humanist formalarda - demokratiya adı altında həyata keçirilsə də, dünyada birmənalı qəbul olunmur və dünya liderlərinin - «böyük yeddilər»in, «səkkizlər»in, «iyirmilər»in toplaşdığı şəhərlərdə çoxminlik etiraz aksiyaları və polislə qarşıdurma halları müşahidə olunur.
Şübhəsiz ki, Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası da ağrısız, problemsiz başa gəlmir. Məsələn, Azərbaycan Avropa Şurasına daxil olarkən bir sıra vacib öhdəliklər götürmüşdür. Bu öhdəliklərin mahiyyətini ümumilikdə Azərbaycan mentalitetinə yaxın olan tolerantlıq təşkil etsə də, mənəvi dəyərlərimizə uyğun gəlməyən və bu səbəbdən toxunmaq istəmədiyimiz (cinsi azlığa dözümlülük kimi) məqamlar da var. Avropa Şurasının üzv ölkələrdən, o cümlədən Azərbaycandan əsas tələbləri də siyasi müxalifətə, dini etiqada və cinsi azlığa dözümlülükdən ibarətdir. Məlum olduğu kimi, Azərbaycan Heydər Əliyevin rəhbərliyi dövründən öhdəliklərinə məsuliyyətlə yanaşan ciddi tərəfdaş kimi tanınmışdır. İstər müttəfiq ölkələrlə ikitərəfli əməkdaşlıq sahəsində, istərsə də beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər məsələsində, hətta bunlar bəzən milli-mənəvi dəyərlərimizə uyğun gəlmədikdə belə, imkan dərəcəsində ortaq məxrəcə gəlməyə çalışırıq.
Avropa Şurasının əsas tələblərindən biri də, deyildiyi kimi, dini tolerantlıq məsələsidir. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə bu istiqamətdə vəziyyət göründüyü qədər sadə deyildi. Doğrudur, azərbaycanlılar tarixən tolerant xalq kimi ad çıxarmışlar, Azərbaycan dünyanın azsaylı (təəssüf ki!) ölkələrindən biridir ki, burada heç zaman dini və milli ayrı-seçkilik, bu zəmində qarşıdurma halları olmamışdır. Azərbaycan xalqı müxtəlif dinlərin və millətlərin nümayəndələri ilə yüz illərlə bir ölkədə, bir şəhərdə, bir kənddə yaşamış, hətta düşmən erməniyə də çörək vermək səviyyəsinə ucalmışdır. Qarşıdurma halları isə yalnız ermənilər tərəfindən törədilmiş, XX əsrin əvvəllərində və sonlarında isə genişlənmiş, erməni-müsəlman davası kimi tarixə düşmüşdür. Deməli, dini tolerantlıq məsələsində Azərbaycan daxilində ciddi bir problem ola bilməzdi. Yeri gəlmişkən, müstəqilliyin ilk illərində ölkədə rəhbərliyin səriştəsizliyi səbəbindən süni olaraq yaradılan milli ayrı-seçkilik halları da Heydər Əliyevin müdrik siyasəti nəticəsində aradan qaldırılmış, Azərbaycan xalqı vahid varlığına qayıtmışdı. Ümummilli lider həmişə deyirdi ki, biz heç vaxt imkan vermərik ki, digər dini etiqaddan, digər millətdən olan adamlar - İslam dinindən və Azərbaycan millətindən olmayan adamlar hər hansı təzyiqə məruz qalsınlar.
Azərbaycan müxtəlif millətlərə və dini təriqətlərə xas olan insanların tarixən yaşadığı və vahid xalq kimi qaynayıb-qarışdığı bir ölkədir. Dini etiqad azadlığı Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır və qanunla qorunur. Heydər Əliyev bu barədə haqlı olaraq demişdir: «Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı - 90-cı illərin əvvəlindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə ibadət edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burda milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur».
Məlum olduğu kimi, azərbaycanlılar öz adət-ənənələrinə, tarixlərinə görə vahid xalq olsalar da, milli mənşəyinə və təriqətinə görə fərqli qruplardan ibarətdirlər. Azərbaycanda İslamın şiə və sünni təriqətlərini təmsil edən azəri-türkləri, ləzgilər, talışlarla yanaşı, xristian dininin müxtəlif qollarına mənsub insanlar da yaşayır. Məhz bu qrupların inteqrasiyası ölkə miqyasında multikulturalizm, tolerantlıq, milli və dini dözümlülük modelidir və vahid Azərbaycan xalqını təşkil edir. Azərbaycanda müasir tolerantlığın kökü məhz bu inteqrasiyadan gəlir və Heydər Əliyev kimi müdrik siyasətçinin 30 ildən çox hakimiyyəti dövründə nadir bir fenomenə çevrilmişdir: xalqın monolitliyi möhkəmləndikcə, tolerantlığı da yüksəlmişdir. Yeri gəlmişkən, məhz bu tolerantlıq modeli Azərbaycanda dini təhlükəsizliyin əsasını təşkil edir və müxtəlif dinlərin, müxtəlif etiqadların dinc və yanaşı yaşamasına imkan verir.
Qeyd etmək lazımdır ki, dini və milli radikalizmi 90-cı illərin hərc-mərcliyindən istifadə edib Azərbaycana ayaq açmış müxtəlif dini-milli təşkilatlar daha da qızışdırırdı. Onlar Azərbaycanda qaçqınların və məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə, həmin vaxtlar mövcud olan çadır düşərgələrində fəaliyyətlərini genişləndirir, insanların imkansızlığından və məlumatsızlığından istifadə edirdilər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Azərbaycanda 300-ə qədər bu tipli dini-milli təşkilat fəaliyyət göstərirdi. Onların içində müsəlmanlar, xristianlar, hətta bütpərəstlər də vardı. Bu təşkilatların bəzisi radikal, qeyri-insani fəaliyyətinə görə yarandıqları ölkələrdə qadağan olunmuşdu. Heydər Əliyevin qətiyyətli siyasəti bu təşkilatların da qeyri-qanuni fəaliyyətinə son qoydu. 90-cı illərin axırlarında 100-dən çox belə təşkilat qanunla qadağan olundu və Azərbaycandan qovuldu.
Ümummilli lider deyirdi ki, Azərbaycan müxtəlif millətlərin və dinlərin vətənidir, onların Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var - bu, Azərbaycançılıq məfkurəsidir. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Yeri gəlmişkən, bu mütərəqqi ideyanın Resspublikamızda təbliğ və təşviq olunmasında Azərbaycan mediasının da üzərinə böyük məsuliyyət düşür. Azərbaycançılıq məfkurəsinin Azərbaycan kimi çoxmillətli və çoxdinli bir ölkədə tətbiq olunması faktiki olaraq, dini və milli tolerantlığın bərqərar olunmasına, multikultural bir cəmiyyətin yaradılmasına xidmət edir. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan, bütün dünyaya yayılan azərbaycanlıların öz tarixi vətəninə gəlməsinə, Azərbaycan dövləti ətrafında birləşməsinə təkan verir. Azərbaycançılıq sözün əsl mənasında böyük dövlətçilik ideyasıdır və Azərbaycanın dövlətçiliyi, gələcəyi bu ideyaya bağlıdır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi Azərbaycanda bütün dünyada tanınan və təqdir olunan iqtisadi inkişaf fenomeni yaratmaqla yanaşı, mövcud tolerantlıq və əmin-amanlıq modelini daha da inkişaf etdirmişdir. Bu gün qədim və zəngin mədəniyyətə malik, əmin amanlığın və tolerantlığın hökm sürdüyü Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq, faktiki olaraq, sivilizasiyalararası dialoq mərkəzinə çevrilmişdir. Deməli, Azərbaycan dini və milli təhlükəsizliyin bərqərar olduğu bir yerdir, bütün dünya Azərbaycanı bu cür tanıyır və qəbul edir, faktiki olaraq, ona etibar edir...
Qalib ARİF
(Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur)
MİA.AZ
TRAMP PUTİNƏ VAXT VERDİ: "Açığı, o, müharibəni davam etdirmək istəyir, çox təəssüf..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda qardaşlar bir-birini qana bulayıb
Ayxan Hacızadə İran səfiri ilə görüşüb - Nələr müzakirə edilib?
“Hilton Baku”da turistlərə şok yaşadıblar - Fantastik qiymət + FOTO
"O vaxt heç kim istəmirdi qızı aktrisa olsun"
“Roşka” ləqəbli tiktoker: "Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam"
"Bəzi üstünlüklərimiz var" - Qurban Qurbanov
"Corab satan" aktyorun bir-birini təkzib edən açıqlaması: "Dəqiq desinlər ki, hansı teatra göndərilirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda isti hava şəraiti davam edəcək - Açıqlama
Ərdoğan İstanbul və Ankarada CHP-yə uduzur - Sorğu
SABİQ NAZİR İDDİALARA SƏRT CAVAB VERDİ: “Nədir? İstəyirsiniz ki, Rusiyaya casusluğu qəbul edim?"
300-dən çox mənzil, aylıq 10 milyon kirayə pulu, 12 mağaza və... - Türk müğənninin sərvəti dodaq uçurtdu
Türkiyə-Pakistan ittifaqı İslam Dünyasını xilas edəcək? - Qərbin texnoloji monopoliyasına son qoyulur
Mingəçevir Dövlət Universitetindən mühüm addım: İki yeni Elmi-Tədqiqat İnstitutu yaradılır
Prezident "Dövlət Proqramı”na dəyişiklik etdi - Sərəncam
Türkiyədə meşələri qəsdən yandıəran daha 4 nəfər tutulub
Ahmet Kabaklı: Türk Mədəniyyəti və Ədəbiyyatının VİCDAN SƏSİ
Nazir: "Qəzza bizim ayrılmaz hissəmizdir"
Misir prezidenti: "Tramp bu müharibəni dərhal bitirə bilər"
Onlar yeni vəzifələrə təyin olundu - SİYAHI (YENİLƏNİB)
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
Müğənni Xatirə İslam Alim Qasımovun qızına irad tutdu: "Bu qızdan nə istəyirsiniz?"
Eşit, inanma… - Təbriz VƏFALI YAZIR
MƏRKƏZİ SƏDRİ HƏBS EDİLDİ - Vəkilin şikayəti əsasında
Oqtay Əsədovun xanımı gəlirlərini artırıb - Rusiyada + DETALLAR
Sabah isti hava olacaq - Proqnoz
Prezident Dövlət Agentliyinə iki milyon manatı ayırıb - Sərəncam
Tramp: "Qəzzada uşaqlar çox ac görünür" - "HƏMAS-ın bir neçə girovu qalxan etməklə ayaqda qalması mümkün deyil"
Ağdamın Xıdırlı kəndinə növbəti köç olub
Məşqçimiz hakimə hücum çəkdi - Rinqdə dava + VİDEO
"Benfika" Enzo Barreneçeanı icarəyə götürüb
"Hər qurum əvvəlcə öz marağına uyğun qanunları qəbul etdirir, sonra da..." - “Hər gün bir yeni rüsum, ödəniş, töycü fikirləşib tətbiq edirlər"
Pervis Estupinan "Milan"a keçid edib
Uşaq bağçalarına tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi başlayıb
Həkimlərdən xəbərdarlıq: "ChatGPT psixoz riski yaradır"
Emerson Royal "Flamenqo"ya transfer olub
Çində güclü yağış selə çevrildi - 80 mindən çox insan təxliyə olundu, 30 nəfər öldü, itkin düşənlər var
İrəvanlı alimlər - SİYAHI
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər - FOTO
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
N'Koudu "Samsunspor"a gəlir?
Baş həkim: "Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır"
Xalq artisti Həsən Məmmədovun oğlu vəfat edib - 57 yaşında