"The Washington Times” Putinin Qarabağa yolladığı milyarderdən yazdı: “O, həm Rusiyanın, həm də İranın..."

img

10-06-2023 [00:07]


Elbəyi Həsənli,

Sürix

***

Bu günlərdə Ruben Vardanyan bir daha Qarabağ ermənilərini Azərbaycana qarşı silahlı mübarizəyə səslədi. Bu çağırış narahatçılıqla qarşılandı.

Bolqarıstanın “sofiaglobe.com” saytı bu məsələ ilə bağlı Qərb mətbuatında gedən bəzi fikirlərə diqqət çəkib. Həmin saytın “Why is the West not sanctioning Putin’s key allies in the Caucasus?” (Qərb Putinin Qafqazdakı əsas müttəfiqlərinə niyə sanksiya tətbiq etmir?) adlı məqaləsini ixtisarla təqdim edirəm. 

Sayt yazır ki, Avropa və beynəlxalq media rusiyalı milyarder Ruben Vardanyanın niyə Qarabağa rəhbər təyin edildiyini, onun nə üçün Kreml tərəfindən himayə olunmasını, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişə ilə bağlı danışıqlar prosesini pozmağın nə üçün ona həvalə edilməsinin səbəblərini aydınlaşdırmağa çalışır.  

ABŞ-ın “Taunhall” jurnalı yazır ki, “Vardanyan... Moskvanın xarici siyasətinin davamı olub və indi də olmaqdadır”.

“Vardanyanın strategiyası təkcə etnik nifrətin qızışdırılmasına və Rusiyanın Ermənistan üzərində nəzarətinin bərpasına deyil, həm də Xəzər hövzəsindən Avropaya enerji təchizatının dayandırılmasına yönəlib”,  “The Washington Times” belə yazır. 

“The Hill”: “Vardanyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının legitimliyini pozmağa çalışır və Rusiyanın əsas “vasitəçi” rolunu qorumaq üçün ermənilərlə azərbaycanlılar arasında münaqişələri qızışdırır”.

Kanadanın “Geopolitical Monitor” analitik jurnalı yazır ki, “Kreml Vardanyanı Avropa İttifaqının  Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamağa nail olacağı qorxusuna görə Qarabağa göndərib”.
“Politico”: “Vardanyan öz təsir imkanlarından istifadə edərək Qarabağın erməni icmasının ictimai rəyini dünyaya qarşı yönəltməyə çalışır”.

"Vardanyanın Kremlin adamı olduğuna heç bir şübhə olmamalıdır", - “Politico” bildirib.

“Al Jazeera”nin məlumatına görə, “...Vardanyanın Qarabağda görünməsi Rusiyanın Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqları sabotaj etmək üçün təşkil edilmiş planının bir hissəsidir...Vardanyan davamlı şəkildə Qarabağda rus sülhməramlılarının müdafiəsi ilə məşğuldur”. 

Vardanyanın “Troyka Dialoq” şirkəti  OCCRP və Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aparılan araşdırmalarla məşhurlaşıb. Vardanyanın ofşor şəbəkələrin yaradılmasındakı rolu da bu araşdırmalarla üzə çıxıb.

"Rusiyanın ən varlı adamlarından biri olan Vardanyan Putinə yaxındır... o, ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında və Putinin nüfuzlu dostlarına pul köçürməsində ittiham olunur", - “ The Washington Times” yazır.

Qəzet bildirir ki, onun Ukraynanın müntəzəm atəşə tutulmasında Moskvaya dəstək verən Tehranla da əlaqələri var: “Vardanyanın İranla əlaqələrini Qorçakov Fondu (Dmitri Medvedyev Rusiya prezidenti olarkən bu fondu yaradıb) vasitəsilə izləmək olar. Bu fond müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda da müxtəlif tədbirlər təşkil edir.  Hökumət tərəfindən təsdiqlənmiş həmin tədbirlərdə Tehrandan olan natiqlər də iştirak edir”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR