Rəşad Dağlı hakim qarşısında ifadə verdi: "Mənə dedi ki, 6 min ver, bu söhbət yayılmasın..." - Məhkəmə prosesi
09-06-2023 [18:28]
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Xankişi Cəfərquliyevin hərbi xidmətdə olduğu bildirilib.
Məhkəmədə onun istintaq ifadəsi elan edilib.
Şahid ifadəsində deyib ki, Rəşad Dağlı hadisə günü onun çalışdığı mağazaya gələrək 100 manat pul verərək 1 bıçaq və 2 qutu siqaret alıb: “Bıçağın qiyməti 45 manat idi. Ona pulun qalığını təqdim edəndən sonra dərhal mağazanı tərk etdi. Mağazada tək olduğuma görə Rəşadın arxasınca baxmadım. Sadəcə onu gördüm ki, Rəşad qara rəngli “Niva” markalı avtomobilə minərək uzaqlaşdı".
Daha sonra prosesdə təqsirləndirilən Rəşad Dağlı sərbəst ifadə verib. Meyxanaçı bildirib ki, hadisədən əvvəl mərhum İskəndər Mehdiyev onun qardaşına zəng edərək vacib sözünün olduğunu söyləyib: “Həmin gündən 3 gün sonra özüm İskəndərlə əlaqə saxladım. Mənə vəziyyəti danışdı və bildirdim ki, barəmdə böhtan xarakterli ittihamları yayan şəxslə görüşdürsün. Altı gün telefonumu söndürdüm. Telefonu yandıranda İskəndərdən mənə çoxsaylı mesajların gəldiyini gördüm. Zəng edəndə söylədi ki, həmin adamın problemi olduğu üçün ona 6 min manat pul lazımdı. 3 min manatı özü həll edib, qalan 3 min manatı isə ona vermək lazımdır ki, bu söhbəti heç yerdə yaymasın. İskəndər bildirdi ki, əli dolu gəlim, guya onunla görüşdürəcək. Əli dolu deyəndə bıçaq və pul götürməyimi nəzərdə tuturdu”.
“Həmin gün İskəndərlə görüşdüm. Anladım ki, onun məni həmin adamla görüşdürmək fikri yoxdur. Bıçağı maşında əyləc tərəfə qoymuşdum. Aramızda qısa söz mübahisəsi oldu, sonra məsələ böyüdü. İskəndər bıçağı götürüb mənə vurmaq istədi. Tez özümü müdafiə etdim və onu vurdum. Amma hadisənin şokunda olduğum üçün İskəndərə neçə bıçaq zərbəsi endirdiyim yadımda deyil. Meyiti isə yolun kənarında yerə atdım. Hadisənin başvermə səbəbindən peşmanam", - Rəşad Dağlı dindirilərkən vurğulayıb(Report).
Mia.az xəbər verir ki, daha sonra məhkəmədə Rəşad Dağlının istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədə Rəşad Dağlı İsgəndər Mehdiyevin onu cinsi azlıq söhbəti ilə təhdid etdiyini bildirib.
Məhkəmədə hakimlər ondan soruşub ki, niyə təhdidlərlə əlaqədar polisə şikayət etməyib. O, suala belə cavab verib: “Yazılmamış qanunlar var. Adam tutduran meyxanaçını kim toya çağırar?”
Onun sözlərinə görə, İsgəndər Mehdiyev deyirmiş ki, bu söhbəti bağlamasa, həmin şəxs gəlib, toyda onun haqqında məlumatı yaya bilər, biabır olar.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Samir
MİA.AZ
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb