Seymur Verdizadə: "Əgər hazır mənzillər varsa, niyə onlar ehtiyacı olan media nümayəndələrinə paylanılmamalıdır?"
09-06-2023 [15:14]
“Hər bir Azərbaycan vətəndaşının yaşamaq üçün geniş və rahat evi olmalıdır. Jurnalist də Azərbaycan vətəndaşı olduğu üçün onun da yaşamağa evi, yazıb-yaratmağa şəraiti olmalıdır. Azərbaycan dövləti jurnalistlərin cəmiyyətin həyatındakı əvəzsiz rolunu nəzərə alaraq, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir. Cənab Prezidentin sərəncamı ilə Bayıl qəsəbəsində jurnalistlər üçün 3 binanın tikilməsi bu layihənin tərkib hissəsidir”.
Mia.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə deyib. Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyul 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Bayılda jurnalistlər şəhərciyində inşa olunan üçüncü binanın istifadəyə tam hazır olduğunu xatırladan baş redaktor əlaqədar qurumları hərəkətə keçməyə çağırıb:
“Birinci və ikinci binadakı mənzillərin bölgüsü zamanı yol verilən nöqsanlar üçüncü binanın evsiz jurnalistlərə verilməsinə mane ola bilməz. Əksinə, biz əvvəlki dövrdə buraxılmış səhvlərdən nəticə çıxararaq bu dəfə daha ədalətli və şəffaf seçim etməliyik. Evi olmayan, o cümlədən mənzil şəraiti xeyli ağır olan çoxlu sayda jurnalist var. Əgər hazır mənzillər varsa, niyə onlar ehtiyacı olan media nümayəndələrinə paylanılmamalıdır? Tikintisi çoxdan başa çatmış mənzillərin bağlı qapılarını jurnalistlərin üzünə açmağın vaxtı çatıb”.
Seymur Verdizadə hesab edir ki, üçüncü binadakı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı təklifi təxribatdır. Jurnalist deyib ki, Azərbaycan dövləti ciddi iqtisadi resurslara malik olduğu üçün şəhid ailələləri və qazilərin problemlərini kompleks şəkildə həll edir:
“44 günlük müharibədən sonra 4700 şəhid ailəsi və Qarabağ qazisinə dövlət tərəfindən ev verilib. Jurnalistlər üçün tikilmiş binanın şəhid ailələri və Qarabağ qazilərinə verilməsini təklif etmək dövləti zəif göstərmək cəhdidir. Buna yol vermək olmaz”.
Təşkilat sədri dövlətin jurnalistlərə ev verməsinə etiraz edən adamlara da cavab verib. O qeyd edib ki, dövlət təkcə jurnalistlərə ev vermir, dövlət həm də şairlərə, yazıçılara, aktyorlara, rəssamlara, idmançılara, müğənnilərə, bəstəkarlara, alimlərə, hərbçilərə, neftçilərə, məcburi köçkünlərə, əlillərə, şəhid ailələrinə, Qarabağ qazilərinə də ev verir:
“Dövlət hər bir vətəndaşın qeydinə qalır. Lüzumsuz iddialarla dövlətin sosial layihələrini gözdən salmaq lazım deyil”,- deyə Seymur Verdizadə qeyd edib.
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib