Ağcabədidə çətənə bitkisi becərən şəxs tutuldu

img

09-06-2023 [10:26]


Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Səxavət Əliyevin narkotik tərkibli bitkilərin kultivasıyası ilə məşğul olduğu müəyyən edilib.

Onun rayonun Poladlı kəndində yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluqla yetişdirdiyi 44 ədəd çətənə bitkisi və 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Hazırda Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR