AKP-dən Ərdoğana gözlənilməz məsləhət: "ANAP və mərhum Özalın gözləmədikləri aqibəti yaşaya bilərik"

img

09-06-2023 [09:28]


Ərdoğanın lideri olduğu AK Partiya MKYK üzvü Metin Külünk gələn il keçiriləcək yerli seçkilərlə bağlı diqqətçəkən çıxış edib.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, o, Tviter-dəki paylaşmında prezident vəı AKP sədri Ərdoğana xəbərdarlıq edib.

Partiya funksioneri bildirib ki, 2024-cü ildə keçiriləcək bələdiyyə seçkiləri 14 və 28 may seçkilərindən daha sərt keçəcə. Külünkin sözlərinə görə, bu seçkidə qətiyyən "təyinatlı namizədlər"lə iştirak etmək olmaz: "Küçələrdən gələn xalqın səsi və istəyi ilə inadlaşa bilməzsən. Küçənin, onun sakinlərinin istəyinə qarşı çıxan  rüsvayçı uduzar. Bunu açıq şəkildə ifadə edirik. 2024 bələdiyyə seçkiləri 14/28 maydan çox daha sərt olacaq, hər yerdə, hər küçədə, hər rayonda, hər şəhərdə dabam-dabama mübarizə gedəcək. Ona görə mütləq məhəllələrin, küçələrin gözləntilərinə mütləq qulaq vermək gərəkdir. Bu seçkidə "təyinatlı namizədlər"lə uğur qazanmaq olmaz. Belə bir hal olarsa, 1989-cu il bələdiyyə seçkilərində ANAP və mərhum Özalın gözləmədikləri aqibəti yaşaya bilərik".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR