İngiltərə Belarusu "qaraladı": "Putinin müharibəsini dəstəkləyənlərə qarşı sərt tərdbirlərimiz davam edəcək"

img

08-06-2023 [21:13]


İngiltərə Belarusa idxal qadağaları da daxil olmaqla, yeni sanksiyalar tətbiq edib.

Mia.az Haberturk TV-yə istinadla xəbər verir ki, bu qərar Belarusun Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə verilib.

Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsini fəal dəstək verən Belarusdan qızıl, sement, ağac və rezin idxalı ilə yanaşı, bu ölkəyə bioloji silah hazırlanması üçün göndərillən mallara qadağa qoyulub: "Belarus rejimi öz ərazisindən və hava məkanından Rusiyaya Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatlarından zərbələr endirmək, habelə Rusiya qüvvələrinə əhəmiyyətli təlim və maddi-texniki dəstək göstərmək üçün istifadə etməyə icazə verib”.

Bundan əlavə, Belarusun bir çox media orqanalrına sanksiya tətbiq olunub. XİN bildiriib ki, Belarus mediası yalan və təxribat xarakterli xəbırlər yaymaqla, rusiyanın işğalçılıq siyasətinə haqq qazandırır: "Bu yeni paket Rusiyanın müharibə səylərini fəal şəkildə asanlaşdıran və Ukraynanın ərazi bütövlüyünə məhəl qoymayan Belarus prezidenti Aleksandr Lukaşenkoya və onun rejiminə iqtisadi təzyiqi artıracaq. Ukraynaya dəstəyimiz lazım olduğu qədər davam edəcək və biz əsla bu yardımlara tərəddüd etməyəcəyik. Paralel olaraq, Putinin müharibəsini dəstəkləyənlərə qarşı sərt tərdbirlərimiz də davam edəcək".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR