Vüsal Qasımlı onlara yeni vəzifələr verdi - SİYAHI

img

08-06-2023 [15:36]


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinatlar olub.

Mia.az xəbər verir ki,Mərkəzin şöbə müdiri Rəşad Hüseynov monitorinq və qiymətləndirmə üzrə icraçı direktorun müavini təyin edilib.

Bununla belə, İİTKM-də aparılan struktur islahatları nəticəsində Monitorinq və qiymətləndirmə şöbəsinin tərkibində üç yeni sektor yaradılıb.

Hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev şöbənin müdir müavini təyin olunub. İqtisad üzrə fəlsəfə doktoru Emil Qasımov şöbənin Sahəvi proqramların monitorinqi sektoruna, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova Sosial-iqtisadi proqramların monitorinqi sektoruna rəhbər təyin edilib. 

Qeyd edilənlərlə yanaşı, ADA Universitetinin məzunları Şəbnəm Məmmədli və Elşən Yusifli, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, Prezident təqaüdçüsü Coşqun Cəfərov da Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi vəzifələrinə təyinat alıblar.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR