Avropa İnsan Haqları Məhkəməsi HDP-nin həbsdə olan keçmiş həmsədrləri barədə qərar verib

img

06-06-2023 [17:09]


Avropa İnsan Haqları Məhkəməsi HDP-nin həbsdə olan keçmiş həmsədrləri barədə bu gün qərar verib.

Mia.az Türkiyə  mətbuatına istinadla xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi HDP-nin keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağın müvəqqəti həbsdə olduqları müddətdə vəkilləri ilə görüşünə qoyulan məhdudiyyətləri hüquq pozuntusu kimi qiymətləndirib. 

Məlumata görə, qərar 6 əleyhinə 1 səslə verilsə də, yeganə müxalif səs türkiyəli hakim Səadət Yükseldən gəlib.

Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsaəsn, HDP-nin keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağın hər birinə 5500 avro mənəvi ziyan ödəniləcək. Bununla yanaşı, rəsmi Ankara onlaar üumilikdə 2500 avro məhkəmə xərcləri də ödəyəcək.

Xatırladaq ki, 4 noyabr 2016-cı ildə Demirtaş və Yüksekdağ haqqında həbs qərarı çıxarılıb

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR