Xersonda SES-in bəndi dağıdıldı: yaşayış məntəqələri 5 saat ərzində su altında qala bilər - Zelenski təcxili iclas çağırdı (FOTOLAR)

img

06-06-2023 [09:39]


Ukraynanın Xerson vilayətinin Rusiyanın nəzarətində olan Nova Kaxovka ərazisində Su Elektrik Stansiyasının su anbarındakı bənd topla vurularaq dağıdılıb.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, artıq ərazidə evakuasiyaya başlanılıb və suyun səviyyəsinin 5 saatdan sonra kritik həddə çatacağı açıqlanıb. 

Rusiya MN bildirib ki, su anbarının bəndinə dəyən zərər çox böyükldür: "Ancaq hələlik Zaporojya AES-də risk yoxdur”. 

Ukrayna mətbuatı isə yazır ki, Xerson vilayətində Rusiyanın nəzarətində olan Nova Kaxovka bəndi uçub, bölgədə daşqınlar  başlayıb.

Nova Kaxovka meri bəndin artilleriya ilə vurulduğunu açıqlayıb. "Zaporojye Atom Elektrik Stansiyasına problem olmasa da, bölgədə riskli vəziyyət yaranıb"

Ukrayna Silahlı Qüvvələri bəndin Rusiya qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Ukrayna hökuməti isə suyun səviyyəsinin 5 saat ərzində kritik həddə çatacağını bəyan edib: "Bəndin dağıdılması nəticəsində 80-ə yaxın yaşayış məntəqəsi su altında qala bilər".

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirb ki, yaranmış vəziyətlə bağlı Ukrayna prezidenti Vladimir Zelenski təcili iclas çağıırb.

Samir Musayev

Mia.az

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR