Ərdoğan parlament sədri vəzifəsinə "ağır topu"nun namizədliyini irəli sürdü

img

05-06-2023 [20:49]


Türkiyənin yenidən prezidenti seçilən Ərdoğan ölkə parlamentinin sədri vəzifəsinə "ağır topu"nun namizədliyini irəli sürdürüb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Prezident Ərdoğanın təlimatı ilə sədri olduğu hakim AK Partiyanın 7 deputatının imzası ilə Numan Kurtulmuşun namizədliyi barədə müraciət Türkiyə Böyük Millət Məclisinin hazırkı sədri Mustafa Şəntopa göndərilib.

Məlumata görə, parlamentin növbəti iclasında onun namizədliyi səs qoyulacaq və 323 deputat mandatına sahib olan Cumhur İttifaqı deputatlarınn səsiylə onun spiker seçilməsi gerçəkləşəcək.

Lamiyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR